Valyuta dəyişəndən hələ də bir xəbər yoxdur

Valyuta dəyişəndən hələ də bir xəbər yoxdur
13:57 13 Yanvar 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az El TV-yə (Region TV) xəbər verir ki, ötən ilin mayında müəmmalı şəkildə yoxa çıxan Ağcabədi rayon sakini Vüqar Cənnət oğlu Hümbətovdan hələ də bir xəbər yoxdur. Bir vaxtlar rayon mərkəzi bazarında valyuta dəyişməklə məşğul Vüqar Hümbətovun yolunu ailəsi gözləyir. Qardaşı deyir ki, Vüqar yoxa çıxan günü onu 09-BC-774 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobildə görüblər. Axtarışlar zamanı həmin avtomobilin Tərtər sakininə məxsus olduğu müəyyənləşsə də avtomobilin sahibi həmin minik maşınını 1994-1995-ci illərdə Ağcabədi rayon sakininə satdığını bildirib.

İndi Vüqarın ailəsində şübhə doğuran məqam həmin avtomaşının satışı barədə sənədləşmənin rəsmi qeydiyyatda olmamasıdır. Qardaşının sözlərinə görə, bu günə qədər Vüqarın tapılması ilə əlaqədar hər hansı müsbət irəliləyiş əldə olunmayıb. "Bizi narahat edən odur ki, 7 ay 10 gündür, may ayının 27-dən qardaşım yoxa çıxıb. Dedilər, bir ağ "Jiquli"ylə gedib, açılmadı, tapılmadı, nə maşındır, yəni ki, nə ilə əlaqədardır, bilinmədi", - deyə qardaşı Vüsal Hümbətov bildirib.

Həyat yoldaşı deyir ki, Vüqar ailəsinə bağlı insan olub. Getdiyi hər bir yer barəsində isə həmişə ailə üzvlərini xəbərdar edib. İndi onun aidiyyatı strukturlardan xahişi Vüqarın tapılmasıdır. "Xahiş eləyirəm ki, onu tapsınlar. Ya onu aparanlar, sağdırsa buraxsınlar", - deyə həyat yoldaşı Aygün Hümbətova vurğulayıb. Ailə üzvlərinin sözlərinə görə, keçmiş valyuta dəyişənin tapılması barədə aidiyyatı strukturlara edilmiş müraciətlər isə cavabsız qalır. Ağcabədi Rayon Prokurorluğundan isə bildirilir ki, bu işin araşdırılması isə Respublika Prokurorluğu tərəfindən aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/397530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR