Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Füzuli RİH başçısının birinci müavini: "İcra başçısı Alı Alıyevin sakinlərlə profilaktik söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar"

Füzuli RİH başçısının birinci müavini: "İcra başçısı Alı Alıyevin sakinlərlə profilaktik söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar"

Niderlanddan Türkiyəyə qarşı ŞOK ADDIM - FOTO (21 Mart 2017 16:53)
Azərbaycanda icra başçısı rinqə çıxdı - FOTOLAR (17 Mart 2017 09:47)
“Sumqayıt Bulvar” MMC yaradılıb (16 Mart 2017 08:37)

Tarix: 13 Yanvar 2016 13:57

"Hazırda rayon ərazisində vəziyyət sabitdir"
Bakı. 13 yanvar. REPORT.AZ/ Füzuli Rayon İcra Hakimiyyəti (RİH) rayonun Balabəhmənli kəndi ərazisində aksiya keçirilməsinə münasibət bildirib. RİH başcısının birinci müavini Bağır Aslanov "Report"a açıqlamasında deyib ki, Balabəhmənli kəndinin 500-ə yaxın sakini Bakı-Horadiz avtomobil və dəmir yolunu kəsməyə cəhd ediblər: "Aksiya keçirilən əraziyə rayon polis qüvvələri cəlb olunub. İcra başçısı Alı Alıyev və rayon hüquq-mühafizə orqanları rəhbərlərinin ərazidə sakinlərlə profilaktik izahedici söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda rayon ərazisində vəziyyət sabitdir".

Teqlər:  Füzuli RİH başçısının birinci müavini İcra başçısı Alı Alıyevin sakinlərlə profilaktik söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar



RƏYLƏR


Top xəbərlər