Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Muzey əməkdaşlarının məqalələri Çexiyada çap olunan jurnalda dərc edilib

Muzey əməkdaşlarının məqalələri Çexiyada çap olunan jurnalda dərc edilib

Date: 13 January 2016 13:58


Bakı, 13 yanvar, AZƏRTAC
Çexiyanın Karlov Universitetinin fəlsəfə fakültəsi nəzdində fəaliyyət göstərən “Azərbaycanın və Xəzər Regionunun Tədqiqi Mərkəzinin bülleteni”nin növbəti nömrəsində Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının məqalələri dərc edilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin xüsusi fondunun müdiri Afət Rüstəmbəyovanın jurnalda ingilis dilində dərc olunan “Azərbaycan tikməsi (qurama) ənənəvi Azərbaycan interyerində” məqaləsində qurama tikmə növünün tarixi nümunələri, xüsusiyyətləri haqqında məlumat verilir.
Muzeyin elmi işçisi Emin Dadaşovun ingilis dilində “XIX-XX əsrin əvvəllərinə aid fotoşəkillər Azərbaycandakı sosial təbəqələrin öyrənilməsində mənbə kimi” məqaləsi muzeyin sənədli mənbələr fondunda qorunan fotoşəkillər əsasında yazılıb.



Tags:  Muzey əməkdaşlarının məqalələri Çexiyada çap olunan jurnalda dərc edilib


RƏYLƏR


Top news