Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​FİFA-nın baş katibi vəzifəsindən azad edilib

​FİFA-nın baş katibi vəzifəsindən azad edilib

FİFA bu ölkənin üzvlüyünü ləğv etdi (17 Mart 2017 16:57)
Azərbaycan Universitetinin rektoru vəzifəsindən azad olunub (13 Mart 2017 15:17)
Vitali Mutko FİFA Şurasına seçkilərdə iştirak etməyəcək (10 Mart 2017 13:57)

Tarix: 13 Yanvar 2016 14:02

Bakı. 13 yanvar. REPORT.AZ/ FİFA-nın baş katibi Jerom Valke vəzifəsindən azad edilib. "Report"un ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə FİFA-nın Fövqəladə Komitəsi qərar qəbul edib.
Qərar dərhal qüvvəyə minib. Artıq funksionerlə olan əmək müqaviləsi ləğv edilib. Bundan sonra baş katib vəzifəsini Markus Kattner icra edəcək.
Qeyd edək ki, ötən ilin sentyabrında FİFA-dakı rüşvət qalmaqalı ilə əlaqədar Jerom Valke baş katib vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılıb. Oktyabrda isə Etika Komitəsinin qərarına əsasən sonradan 45 gün müddətinə də uzadılmasının mümkünlüyü şərti ilə baş katibi tutduğu vəzifədən 90 gün müddətinə kənarlaşdırılıb. Yanvarın 7-də isə qurumun Etika Komitəsinin Arbitraj Palatası tərəfindən funksionerə qarşı iş açılıb.

Teqlər:  FİFA-nın baş katibi vəzifəsindən azad edilib



RƏYLƏR


Top xəbərlər