Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı məktubu göndərib

Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı məktubu göndərib

Azərbaycan və İran XİN başçıları arasında məktub mübadiləsi (17 Mart 2017 19:43)
"Prezidentlərin qarşılıqlı səfərləri Azərbaycan-İran əlaqələrini daha da genişləndirmək üçün möhkəm iradənin göstəricisidir" (17 Mart 2017 19:05)
Azərbaycan və Fransa xarici işlər nazirləri arasında məktub mübadiləsi (16 Mart 2017 18:42)

Tarix: 13 Yanvar 2016 14:02

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İstanbul şəhərində törədilən terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı məktubu göndərib. 
Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, nazir məktubda xəbərdən sarsıldığını və baş vermiş faciə ilə əlaqədar həmkarının kədərini bölüşdüyünü bildirib və terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verərək xəsarət alanlara Allahdan şəfa diləyib.
E.Məmmədyarov Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb.

Teqlər:  Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı məktubu göndərib



RƏYLƏR


Top xəbərlər