Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktorunu qəbul edib

Prezident İlham Əliyev ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktorunu qəbul edib

Prezident və xanımı Novruz şənliyində iştirak edib (18 Mart 2017 10:44)
Prezident İlham Əliyev macar həmkarını təbrik edib (17 Mart 2017 17:05)
Prezident Mladen İvaniçi qəbul etdi (17 Mart 2017 13:38)

Tarix: 13 Yanvar 2016 14:05

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 13-də ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanı qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından danışıldı, ölkələrimiz arasında bir çox sahələrdə tərəfdaşlıq münasibətlərinin qurulmasından məmnunluq ifadə olundu. Zəngin tarixə malik olan enerji sahəsində əməkdaşlığın ABŞ-ın dəstəyi ilə daha da genişləndirilməsinin önəmi qeyd edildi. Beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinə toxunularaq Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinin əhəmiyyəti vurğulandı, ölkəmizdə gedən demokratik proseslər və bunun perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı, həmçinin regional vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edildi.

İkitərəfli münasibətlərin hazırkı vəziyyətinin təhlil olunduğu görüşdə əməkdaşlığımızın bundan sonra daha da möhkəmləndirilməsinin vacibliyi bildirildi.

Milli.Az


Teqlər:  Prezident İlham Əliyev ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktorunu qəbul edib



RƏYLƏR


Top xəbərlər