Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"iPhone"dan "şirin yuxular" jesti (FOTO)

"iPhone"dan "şirin yuxular" jesti (FOTO)

Date: 13 January 2016 14:11

“Apple” müştərilərini yeni proqramla sevindirməyə hazırlaşır. Şirkətin tətbiq edəcəyi yeni proqram insanların yuxu rejiminin qayğısına qalacaq.

ANS PRESS-in məlumatına görə, yeni proqram “iOS 9.3“ də istifadəçilərin rahat yatmaları üçün “Gecə rejimi” tətbiq ediləcək.

"Guardian" qəzetinin əməkdaşı Aleks Hern yazır ki, yeni tədbiq "gecə növbəsi" adlanır. Bu tədbiq gün batandan sonra iPhone və iPad-ların ekranındakı rəng balansını tənzimləyir və gecə rejiminə uyğunlaşdırır.

Günəş batdığı andan etibarən, telefonların ekranının rəng tonları dəyişəcək və daha uyğun rənglər tətbiq ediləcək.

Telefon yer müəyyən etmə (geolocation) və daxili saatından istifadə etməklə günəşin batması barədə xəbərdarlıq edir, ekrandakı mavi və ağ rəng tonlarını zəiflədərək, narıncı, qırmızı çalarları artırır.
“Apple” araşdırmaları nümunə göstərərk bu üsulun istifadəçilərin rahat yatma sına kömək edəcəyini açıqlayıb. "Bir çox araşdırma axşam saatlarında parlaq açıq mavi rəngə məruz qalmanın gündəlik həyat ritminə təsir etdiyini, yuxuya getməni çətinləşdirdiyini göstərir".

Bu yenilik yatmadan öncə son bir dəfə Facebook səhifələrinə baxmaq, nə isə oxumaq istəyənlərin məruz qaldığı parlaq işığın yuxuya mənfi təsirindən xilas edəcək.

Şirkət istifadəçilərinin yuxu rejimin qeydinə qalmaq üçün bir neçə vasitəyə əl atıb. Bunlardan biri elektron kitab oxumaq üçün “iBooks” proqramıdır. Burada da bir müddət sonra ağ fon üzərində qara yazı, qara üzərində ağ yazı formasına keçə bilir.

Daima yeni modelləri ilə müştərilərini sevindirən "Apple" iPhone 7 modeli üzərində çalışır. Artıq bu modelin internetdə görüntüsü də yayılıb. Düzdür, hələlik görüntünün, doğurdan da, "iPhone 7"yə məxsus olub-olması barədə rəsmi açıqlama verilməyib.


iPhone 7

Tags:  iPhonedan şirin yuxular jesti FOTO


RƏYLƏR


Top news