Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı məktubu göndərib

Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı məktubu göndərib
14:12 13 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov İstanbul şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğluya başsağlığı məktubu göndərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazir məktubda xəbərdən sarsıldığını və baş vermiş faciə ilə əlaqədar həmkarının kədərini bölüşdüyünü bildirib və terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək xəsarət alanlara Allahdan şəfa diləyib.

E.Məmmədyarov Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR