Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsil prosesini avtomatlaşdırır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsil prosesini avtomatlaşdırır

Date: 13 January 2016 14:13


Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) təhsilin keyfiyyətini artırmaq məqsədilə “EduMan Platforması” əsasında təhsil idarəetmə sistemini tətbiq etmək niyyətindədir. Artıq universitet “Ultra Technologies” şirkəti ilə bu işlərin görülməsi üçün müqavilə imzalayıb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, ADMİU-da ilk mərhələdə əsas məqsəd hazır “EduMan–Mərkəzləşdirilmiş Tədris İdarəetmə” Platformasının bir neçə modullarının qurulması, tətbiqi və təlimidir. Bura universitet üzrə təşkilati struktur, tələbə və müəllimlərin şəxsi işlərini əhatə edəcək Vahid Baza Platformasının yaradılması, tədris prosesini əks etdirən fənn kataloqları və s. daxildir.
Nəticədə universitet tələbələr, işçi heyəti və müəllimlər üzrə mərkəzləşdirilmiş bazanın formalaşdırılması və bu məlumatları asanlıqla axtarıb tapmaqla təhliletmə üstünlüyü qazanacaq, tələbələrin operativ və rahat qeydiyyatını həyata keçirmək, tədris işini, xüsusən də dərs cədvəllərini, tədris qrafikini rahat planlaşdırmaq imkanı və digər üstünlüklər əldə edəcəkdir.
Gələcəkdə ADMİU “EduMan Platformasının” digər modullarını - elektron jurnal, elektron sənəd dövriyyəsi, əlavə təhsil və əcnəbi tələbələrin onlayn sənəd qəbulunun idarəedilməsi, elektron imtahan idarəetmə və digər sistemlərin növbəti mərhələdə mərkəzləşdirilmiş formada tətbiqini planlaşdırır.

Tags:  Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti təhsil prosesini avtomatlaşdırır


RƏYLƏR


Top news