Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Hər gün "donuz qripi" ilə bağlı 10-dək müraciət olur"

"Hər gün "donuz qripi" ilə bağlı 10-dək müraciət olur"

Date: 13 January 2016 14:17

"Hər gün "donuz qripi" şübhəsi ilə bizə 5-10 müraciət daxil olur".

Milli.Az bildirir ki, bu sözləri Modern.az-a açıqlamasında Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev deyib. O qeyd edib ki, bu müraciətlər Bakı ilə yanaşı, rayonlardan da daxil olur. 

"Hər gün bizə 10-a qədər müraciət daxil olur. Lakin bu şübhələrin heç biri hələ öz təsdiqini tapmayıb və onlar adi qrip xəstəliyinə tutulmuş insanlardır. Bu günə kimi ölkədə "donuz qripi"nə yoluxma müşahidə edilməyib", - deyə R.Abdullayev vurğulayıb.

Azərbaycanla qonşu ölkələrdə "donuz qripi"nə (H1N1) yoluxanların və bu xəstəlikdən ölənlərin sayı durmadan artır. Hər gün Türkiyə, İran, Rusiyada H1N1 virusundan onlarla insan ölür. "Donuz qripi"nin aşkar olunduğu bu ölkələrə çoxlu sayda azərbaycanlının gedib-gəldiyini nəzərə alsaq, xəstəliyin ölkəyə keçmə ehtimalı da böyükdür.

"Donuz qripi" ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə qrip və kəskin respirator infeksiyalara şübhəli xəstələr barədə dərhal məlumatların Səhiyyə Nazirliyinə təqdim olunmasının təminatı, Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəhbərliyinə sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq "donuz qripi" baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasının təminatı, Respublika Taun Əleyhinə Stansiyasının rəhbərliyinə "donuz qripi"nin laborator diaqnostikasının aparılması üçün hazırlıq tədbirlərinin görülməsi tapşırılıb.

Milli.Az


Tags:  Hər gün donuz qripi bağlı 10-dək müraciət olur


RƏYLƏR


Top news