“Standard Chartered”: neftin barrel qiyməti 10 dollaradək ucuzlaşa bilər

“Standard Chartered”: neftin barrel qiyməti 10 dollaradək ucuzlaşa bilər
14:18 13 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, Nihad Budaqov, AZƏRTAC
Neftin qiymətinin son 12 ilin ən aşağı səviyyəsi olan 30 dollar/barrelədək ucuzlaşması beynəlxalq maliyyə qurumlarının ard-arda bədbin proqnozlar verməsinə səbəb olur. Mərkəzi ofisi Londonda yerləşən beynəlxalq maliyyə bankı “Standard Chartered” neftin barrel qiymətinin bu il ərzində 10 dollaradək ucuzlaşa biləcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bankın yaydığı hesabatda deyilir: “Çinin iqtisadiyyatı ilə bağlı narahatlıqlar neftin qiymətinin ucuzlaşmasına təsir göstərir və dünyanın ən böyük ikinci iqtisadiyyatındakı stabilləşmə elə də tez baş verməyəcək”.
Qlobal neft bazarındakı tarazlığa tələb və təklifin öz təsirini daha göstərmədiyini bildirən “Standard Chartered” neftin qiymətinin digər maliyyə mənbələri və ABŞ dolları ilə səhm bazarlarındakı müxtəliflikdən böyük ölçüdə asılı olduğunu vurğulayıb.
Bankın hesabatında dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanının aşağı neft qiymətlərinə biganə yanaşdığı da bildirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Standard_Chartered_neftin_barrel_qiymeti_10_dollaradek_ucuzlasa_biler-918053

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR