Sürücünü çayxanaya aparıb maşınını qaçırdı

Sürücünü çayxanaya aparıb maşınını qaçırdı
14:22 13 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Şamaxı, Abşeron və Kürdəmir rayonlarında 4 minik avtomobilini oğurlayaraq ayrı-ayrı adamlara satan Göyçay sakini yaxalanıb.

Milli.Az bildirir ki, Şamaxı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Şamaxı sakini Fərzəliyev Emin Niyazi oğluna məxsus 10-NR-755 dövlət nömrə nişanlı "Mercedes" və Pənahov Əlibrahim Ağaduran oğluna məxsus 10-GX-238 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobilləri oğurlayan şəxs, Göyçayın Qarabaqqal kənd sakini, 1988-ci il təvəllüdlü Ömərov Xəyal Comərd oğlu tutularaq istintaqa təhvil verilib. O, ilkin dindirilmə zamanı əməllərini etiraf edib.

Məlum olub ki, Xəyal Ömərov Bakıda taksi kimi fəaliyyət göstərən avtomobilə oturaraq Göyçaya gedəcəyini bildirib. O, Şamaxıda çay içmək üçün sürücüdən dayanmağı xahiş edib və sonra sürücünü aldadaraq avtomobili qaçırıb. İstintaq tədbirləri zamanı məlum olub ki, Xəyal Ömərov Abşeron rayonunda "Mercedes" və Kürdəmir rayonu ərazisində "VAZ 2107" markalı minik avtomobillərini də eyni üsulla qaçıraraq ayrı-ayrı adamlara satıb. O, avtomobillərin guya banka məxsus olduğunu və kredit borcunu verə bilmədiyi üçün ucuz qiymətə satdığını, razılaşdığı pulun yarısını alaraq yaxın günlərdə avtomobili müştərinin adına sənədləşdirəcəyini deyib. Hazırda polis əməkdaşları onun başqa oğurluq hadisələrində əlinin olub-olmadığını araşdırırlar.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR