​Gürcü siyasətçi: "Azərbaycan ağır günlərimizdə həmişə bizə dəstək verib"

14:27 13 Yanvar 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Avropalı Demokratlar Təşkilatının lideri Paata Davitaya ölkəsinin "İberiya" telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, "Qazprom" Rusiya prezidenti Vladimir Putinin əlində silahdır: "O, bunula ölkəmizi bütünlükdə nəzarətə götürmək istəyir. Buna görə də hətta, uduzsa belə heç kimə güzəştə getməyəcək. Odur ki, Putindən qorxanları güzəştə gedirlər".
P.Davitaya bildirib ki, dünyanın "Qazprom"dan uzaq durmaq istədiyi birmənalıdır: "Bir neçə ay öncə Gürcüstanın energetika naziri Kaxa Kaladze "Qazprom"la bağlı bəyanat verəndə, keçmiş baş nazir İrakli Qaribaşvili Rusiya şirkəti ilə əməkdaşlıqla bağlı müqavilənin hazırlanmadığını bildirdi. Bundan sonra onu "Gürcü arzusu"ndan qovdular. Yeni baş nazir isə təcili olaraq, "Qazprom"la işləməyə başladı".
P.Davitaya Azərbaycanın Gürcüstan etdikləri yardımları xatırladıb və deyib: "Azərbaycan bizi həmişə dəstəkləyib. Əks halda vəziyyətimiz çətin olacaq".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/gurcu-siyasetci-azerbaycan-agir-gunlerimizde-hemise-bize-destek-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR