Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Nar” daha bir təhsil layihəsinə dəstək verib

“Nar” daha bir təhsil layihəsinə dəstək verib

Date: 13 January 2016 14:28


Bakı, 13 yanvar, AZƏRTAC
“Nar” mobil operatorunun və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sinif icmaları” plan müsabiqəsi başa çatıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, plan müsabiqəsi şagirdlərin bilik və bacarıqlarının artırılması, onların fərdi inkişafı və qarşılıqlı ünsiyyət imkanlarının gücləndirilməsinə yönəldilmiş bir layihədir. Bir sıra şirkət və qurumların tərəfdaşlığı ilə keçirilmiş müsabiqə ölkədə təhsilin inkişafına öz töhfəsini vermiş daha bir uğurlu aksiya olub.
“Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi ilə təşkil olunmuş müsabiqənin qalibləri qiymətli hədiyyələrə layiq görülüblər.
 

Tags:  Nar təhsil layihəsinə dəstək verib


RƏYLƏR


Top news