ABŞ qəzeti Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsində təcrübəsindən yazır

ABŞ qəzeti Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsində təcrübəsindən yazır
14:28 13 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycandakı Ramazan ənənələri barədə sənədli film çəkilir (08 İyun 2017 13:42)
Azərbaycandakı Ramazan ənənələri barədə sənədli film çəkilir (08 İyun 2017 13:15)
Avstraliyalı nazir: "Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik" (02 İyun 2017 19:52)


Bakı, 13 yanvar, AZƏRTAC
Məlum olduğu kimi, ötən il mayın 18-19-da Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. 2011-ci ildən başlayaraq iki ildən bir Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə əsası qoyulmuş “Bakı prosesi”nin tərkib hissəsidir. Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən yüksək səviyyəli rəsmi şəxslər, bir sıra beynəlxalq təşkilatların rəhbərləri, nüfuzlu ictimai-siyasi xadimlər daxil olmaqla ümumilikdə 700-dən çox xarici nümayəndə iştirak edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə həmin Foruma ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət Simon Vizental Mərkəzinin beynəlxalq dinlərarası münasibətlər üzrə məsləhətçisi Annett Blüm də qatılmışdı. Bu yaxınlarda A.Blümün ABŞ-ın “The Huffington Post” qəzetində ölkəmizin tolerantlıq və multikulturalizm sahəsində təcrübəsindən bəhs edən “Bakı – dialoqun və sülhün unikal vəhdəti” adlı məqaləsi dərc edilib. AZƏRTAC məqalənin xülasəsini təqdim edir.
Oskar Uaylda məxsus belə bir aforizm var: “Həyat incəsənəti daha çox təqlid edir, nəinki incəsənət həyatı”. Əslində, demək olar ki, müasir dövrümüzdə incəsənət xəyallarımızın mahiyyətini və ya yeni, olduqca yaradıcı olan anlayışların dərk edilməsini, formalaşdırılmasını müxtəlif şəkildə təcəssüm və təqdim edə bilir. Bu növ bədii prosesin ən bariz nümunəsi dialoqdur. Dialoq bəzən yaradıcılıq forması kimi özünü büruzə verən, lakin xarakter etibarilə bəlkə də ən geniş yayılmış və ən təsiredici ifadə vasitəsi olan paylaşma, ünsiyyət prosesidir. Dialoqun incəsənət və innovasiyadakı gücünün sübutu bədii və ictimai fəaliyyətin, o cümlədən sosial ədalətin kəsişməsində özünü göstərir. Bütün dünyada birlikdə fəaliyyət göstərən və bu əməkdaşlığın qavranılması məqsədilə dəyişikliyə təsir etmək üçün strateji alyanslar yaradan sektorlar əsas istiqamət təşkil edir.
Bütün dünyada sülhə dəstək olan bir mexanizm kimi dialoq aparmaq potensialında olan insanlar üçün bu işlərin qlobal səviyyədə dərk olunması əhəmiyyətli dəyişikliyə təsir etmək baxımından zəruridir. Bəs bu perspektivli istiqamətlərin reallaşdırılmasında bizə kömək etmək üçün dialoqun rolu nədən ibarətdir? Daha da təkmilləşmək, insan fəaliyyətinin və sülhü bərpa edən və qoruyan potensial sistemlərin daha yaxşı modellərini yaratmaq üçün biz hansı nümunələri araşdırmalı və onlardan nəticə çıxarmalıyıq? Dünya dinləri ilə əlaqəli təşkilat olan “Dinlər sülh üçün” təşkilatının daxil olduğu QHT-lər üçün bir aktivist, eyni zamanda, incəsənət sahələrində aktivizmin tərəfdaşı və dəstəkçisi kimi bu sual mənim üçün əhəmiyyət kəsb edir. Azərbaycana, Bakıya son səfərim zamanı baş verən proseslərdə bu xüsusiyyəti görmək imkanına malik oldum.
2015-ci ildə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun panelisti və iştirakçısı kimi mən dialoqun keyfiyyətlərinin və xüsusiyyətlərinin multikulturalizm və sosial harmoniyanın standartlarına və xarakterinə necə kömək etdiyi barədə məlumat vermək məqsədilə həmkarlarından və liderlərdən ibarət böyük bir beynəlxalq qrupa qoşuldum. Mən Bakıdakı Forumda iştirakla bağlı dəvəti böyük məmnuniyyətlə qəbul etdim.
Hər şeydən əvvəl diqqətimi çəkən maraqlı məqam ondan ibarət idi ki, müsəlman dünyasında ilk dünyəvi demokratiya 1918-ci ildə məhz Azərbaycanda yaradılıb. Azərbaycan qadınlara səsvermə hüququnu 1919-cu ildə verib. Bu hadisə Birləşmiş Ştatların qadınlara cəmiyyətdə və rəhbərlikdə onların rolunun zəruriliyini göstərən həmin vacib hüquqların verilməsindən bir il əvvəl baş verib.
Nəhayət, Azərbaycana səfərlə bağlı dəvəti qəbul etməyimin üçüncü səbəbi Azərbaycanın İsrail ilə dostluq münasibətlərinin uzunmüddətli tarixə malik olmasıdır. Mən Bakıda olarkən Simon Vizental Mərkəzindəki həmkarım ravvin Kupper ilə birlikdə yəhudi icmasına və sinaqoqa baş çəkdim. Yəhudi icması müsəlmanların çoxluq təşkil etdiyi Bakıda dinc şəraitdə yaşayır. İsrail və Azərbaycan əsas dəyərləri paylaşmaqla yanaşı, həmçinin resursları da paylaşır. İsrailin idxal etdiyi neftin əksər hissəsi Azərbaycanın payına düşür, İsrail isə Azərbaycanı texnologiya ilə təmin edir.
Bakıdakı nümayəndə heyətimiz icma və hökumət rəhbərlərinin bizim yaxın gələcəyimizi formalaşdırmaqda dialoqun zəruri rol oynadığı bir dövrdə dünyada davamlı inkişafa nail olmaq və məlumatlandırma vasitəsilə strateji alyansların və məqsədlərin idarə olunması və optimallaşdırılmasında necə vacib rol oynaya bilməsi barədə müzakirələr apardı. Azərbaycan öz gücü və onu ətraf regionu viran etmiş ekstremizm qüvvələrindən və ixtilaflarından qoruyan imkanları ilə geosiyasi cəhətdən unikal mövqeyə malikdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, hazırda Azərbaycanda dinc şəraitdə yaşayan ermənilərin sayı 30 mindən çoxdur.
Bütün bu amillər nəzərə alınmaqla qeyd olunmalıdır ki, Azərbaycan həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniya ilə bağlı öz vəzifə və nailiyyətini vurğulayan bu tədbir üçün münasib və olduqca maraqlı bir məkandır. Multikulturalizmin dünyəvi və əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan bir ölkədə necə həyata keçirilməsini və Azərbaycanın tolerantlıq dəyərlərinin müasir cəmiyyətdə necə müdafiə olunduğunu görmək üçün Bakıya səfər edən həmkarlar və həmfikir rəhbərlərlə yenidən görüşmək ilhamverici məqam idi. Düşünürük ki, Azərbaycandakı müsbət halları paylaşmaqla digər dövlətlərin də əldə etmək niyyətində olduqları yeni perspektivi paylaşmağa kömək edə bilərik.
Biz bir qrup kimi dünyada dialoqun davam etdirilməsinə duyulan ehtiyac, onun təsiri və bu günə qədər həyata keçirilmiş işlərin həcmi haqqında danışdıq. Dinlərarası sülhün timsalında bu unikal cəmiyyət digər ölkələrə müxtəlif icmaların dinc şəraitdə və qarşılıqlı hörmət münasibətində birlikdə yaşaya bilmək modeli kimi güclü nümunə təklif edir. Azərbaycanın buna nail olması faktı onun prinsiplərinin gücündən və birliyindən xəbər verir.
Azərbaycanın uğuru onilliklər boyunca stabil qalmış hökuməti və cəmiyyətinin açıqlıq və tolerantlıq ənənələrinin geniş əhatə dairəsinə əsaslanır. Ekstremizm və dözümsüzlük əleyhinə çıxış edən bu ölkədə qəti şəkildə kök salmış dəyərlər sayəsində ətraf ölkələrdən gələn təhlükələr üçün burada özünə yer tapmaq və inkişaf etmək şansı yoxdur.
Azərbaycan bu vəzifənin öhdəsindən gəldiyini bütün səviyyələrdə və cəmiyyətin bütün sahələrində sübuta yetirib. Yəhudi qadın Azərbaycanın Ali Məhkəməsində öz müsəlman və xristian həmkarları ilə birlikdə çalışır, parlamentin yəhudi və xristian üzvləri isə müsəlmanların sayının çoxluğuna baxmayaraq, tamamilə sərbəst şəkildə fəaliyyət göstərirlər. Azərbaycan bütün dini əqidələrdən və mədəniyyətlərdən olan insanların azad yaşadığı və bərabər imkanlara malik olduğu bir ölkədir.
Dialoqun aparılması və sülhün əldə olunması üçün bir mexanizm kimi incəsənətdə fəal mövqenin roluna diqqət yetirən bir şəxs olaraq Bakıdakı təcrübəmi müzakirə etdiyimiz mövzunun dəqiq təsviri hesab edirəm. Bu, bizim hamımızın əldə etmək istədiyimiz birgəyaşayış növünün canlı nümunəsi kimi özünü büruzə verdi və dünyada sülhün bərqərar olması üçün zəruri olan vəzifə və mühiti nümayiş etdirdi.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sabiq milyonçu 20 ildir kimsəsiz adada tək yaşayır - VİDEO

23 İyun 2017 07:37

IX və XI sinif şagirdləri imtahan verir

23 İyun 2017 07:34

Bu gün Formula 1 üzrə Azərbaycan Qran Prisi start görürəcək

23 İyun 2017 07:32

Kömür və qrafitlə çəkilən əsərlər - FOTO

23 İyun 2017 07:32

​Dünyanın ən gözəl ördəyi – Mandarinka

23 İyun 2017 07:30

Ayaqlarına görə iş tapa bilməyən model

23 İyun 2017 07:24

Bu qadın qocalmır - FOTO

23 İyun 2017 07:22

Cənubi Koreya sabiq prezidentinin rəfiqəsi 3 il müddətinə həbs edilib

23 İyun 2017 07:17

"Mənə niyə bu cür yanaşırlar?"

23 İyun 2017 07:17

Venesuelada etiraz aksiyalarında ölənlərin sayı 75-ə çatıb

23 İyun 2017 07:15

İlanı burnundan salıb ağzından çıxartdı - DƏHŞƏTLİ VİDEO

23 İyun 2017 07:13

Bu universitetdə qızlar və oğlanlar eyni tualetdən istifadə edir - FOTO

23 İyun 2017 07:12

Evdə kartof çipsi bişirməyin QAYDASI

23 İyun 2017 07:05

Ərəb ölkələri Qətərdən İranla əlaqələri kəsməyi və Türkiyə bazasını bağlamağı tələb edir

23 İyun 2017 06:47

Yataqda tərəf müqabilinizi TANIYIN - 10 maraqlı seksual FAKT - FOTOLAR

23 İyun 2017 06:38

Qvatemalada 6,8 bal gücündə zəlzələ olub: 4 yaralı

23 İyun 2017 06:36

Unikal hərəkətlər edən uşaqlar - FOTO

23 İyun 2017 06:32

Telman İsmaylovun ABŞ-dakı obyektinə həbs qoyuldu

23 İyun 2017 06:24

"Liverpul" 42 milyon avroya Məhəmməd Salahı alıb

23 İyun 2017 06:15

​Qum necə yaranır?

23 İyun 2017 06:10

Telefonlar sidiklə enerji yığacaq - ŞOK KƏŞF - FOTO

23 İyun 2017 06:08

Ərəb ölkələrinin tələbi Qətərə təqdim olunub

23 İyun 2017 05:57

Ronaldu 14,7 mln. avro vergi ödəmək istəmir

23 İyun 2017 05:49

Bakıda qadın küçədə naməlum şəxslər tərəfindən döyüldü

23 İyun 2017 05:33

Ön planda qadın dodaqlarıdır - FOTO

23 İyun 2017 05:32

Ulduz futbolçuya 8 oyunluq cəza

23 İyun 2017 05:24

İspaniya sahillərində sutka ərzində 400-dən artıq miqrant xilas edilib

23 İyun 2017 05:22

Qaraçuxurda gənc qız bıçaqlandı

23 İyun 2017 05:08

​Tülkülər barəsində bildiklərimiz və bilmədiklərimiz

23 İyun 2017 05:05

Rusiya və Türkiyə hərbçiləri İdlibə nəzarət edəcək

23 İyun 2017 05:04

Bakıda intihara cəhd hadisəsi baş verib

23 İyun 2017 05:02

Pirallahıda yük maşını yaşlı qadını vurdu

23 İyun 2017 04:43

Məşhur brendlərin fərqli görüntüləri - FOTO

23 İyun 2017 04:32

Şimali Koreya yenə raket buraxdı

23 İyun 2017 04:23

Əri tərəfindən döyülən qadın kəllə-beyin travması alıb -

23 İyun 2017 04:15

Moskva və Vaşinqton yeni sanksiyaları müzakirə etdi

23 İyun 2017 04:14

Benzinin əvəzləyicisi tapıldı

23 İyun 2017 04:09

Polşaya məxsus hərbi vertolyot İtaliyada qəzaya uğrayıb

23 İyun 2017 04:07

BMT-dən qeyri-adi hesabat:

23 İyun 2017 03:53

QHT-lərə Dövlət Dəstəyi Şurası Balakən və Zaqatalada seminar keçirib (FOTO)

23 İyun 2017 03:50

Xaçmaz sakinlərinin su problemi - Heyvanlarla insanlar eyni yerdən su içir - FOTO/VİDEO

23 İyun 2017 03:48

Rəssam yumurtlayan toyuq oldu - FOTO

23 İyun 2017 03:32

Mayk Pens: Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb

23 İyun 2017 03:29

Bakıda mənzilə basqın: 1 nəfər öldürülüb, 2 nəfər yaralanıb

23 İyun 2017 03:14

Qadını TIR vurdu

23 İyun 2017 02:39

Astroloji proqnoz -

23 İyun 2017 02:33

Gecənin kulrnar vəhşəti - FOTO

23 İyun 2017 02:32

Bakıda işdən evə qayıdan qadın küçədə naməlum şəxslər tərəfindən döyülüb

23 İyun 2017 02:22

ABŞ HHQ Yəməndə 3 "Əl-Qaidə" terrorçusunu məhv ediblər

23 İyun 2017 02:22

Pirallahıda yük maşını yaşlı qadını vurub

23 İyun 2017 02:12