İran saxladığı amerikalı dənizçiləri azad edib

İran saxladığı amerikalı dənizçiləri azad edib
14:32 13 Yanvar 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ İran saxladığı ABŞ Hərbi Donanmasının dənizçilərini azad edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, amerikalı dənizçilər İranın su sərhədini pozduğundan saxlanılıb.
Qeyd edək ki, daha əvvəl İran ABŞ-dan dövlət sərhədlərinin pozulmasına görə üzrxahlıq tələb etmişdi.
Xatırladaq ki, yanvarın 12-də ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisi Fars körfəzində İranın su sərhədini pozduğuna görə qonşu ölkənin hərbçiləri tərəfindən saxlanmışdı. "Fox News"un məlumatına görə, gəmilərdən birində baş verən nasazlıqdan sonra onlar İran sularına daxil olmağa məcbur qalıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/i-ran-saxladigi-amerikali-denizcileri-azad-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR