Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daxili işlər orqanları narkotiklərlə əlaqəli 10 fakt qeyd alıb

Daxili işlər orqanları narkotiklərlə əlaqəli 10 fakt qeyd alıb

Date: 13 January 2016 14:33


Bakı, 13 yanvar, AZƏRTAC
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 93 cinayət faktı qeydə alınıb. Onların da 36-nın üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 41 nəfər tutulub.

Tags:  Daxili işlər orqanları narkotiklərlə əlaqəli 10 fakt qeyd alıb


RƏYLƏR


Top news