“Kreativ düşün, kreativ yarat” adlı müsabiqə

“Kreativ düşün, kreativ yarat” adlı müsabiqə
14:43 13 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Kreativ düşün, kreativ yarat” adlı müsabiqə keçirilib.
Kompleksdən AZƏRTAC-a bildiriblər ki, müsabiqə zamanı III və IV sinif şagirdlərinin qeyri-adi, maraqlı əl işləri nümayiş etdirilib. Şagirdlər gündəlik istifadə olunan adi əşya və materiallardan əsl sənət nümunələri yaradıblar.
Kompleksdə şagirdlərin estetik tərbiyəsinin formalaşdırılmasına xüsusi diqqət göstərilir. Şagirdlər rəsm, teatr dərnəklərində, milli rəqs, texnologiya dərslərində həvəslə iştirak edirlər.
Müsabiqənin nəticələrinə əsasən IV sinif şagirdləri Əli Abdullayev birinci, Məryəm Rzayeva ikinci, Ayxan Qarayev üçüncü yerləri tutublar.
Qaliblərə hədiyyələr, bütün iştirakçılara isə diplomlar təqdim olunub.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kreativ_dusun_kreativ_yarat_adli_musabiqe-918064

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR