Müsavat başqanı Arif Hacılı “Bandotdel”ə çağırıldı

Müsavat başqanı Arif Hacılı “Bandotdel”ə çağırıldı
14:44 13 Yanvar 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Müsavat Partiyasının başqanı Arif Hacılı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

 

Lent.az basta.info-ya istinadən xəbər verir ki, bu gün BMCMİ-dən nümayəndə Müsavat Partiyasının qərargahına gələrək bu barədə Arif Hacılını məlumatlandırıb.

 

Bildirilib ki, Arif Hacılı idarənin rəisi general Seyfulla Əzimov tərəfindən qəbul olunacaq. Dəvətin səbəbi barədə məlumat verilməyib.

 

Arif Hacılı bu gün saat 15:00-da  BMCMİ-də olacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228523

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR