Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Fəzail Ağamalıdan həmkarlarına çağırış: ''Dövlətin hesabına yığdıqlarınızı xərcləyin''

Fəzail Ağamalıdan həmkarlarına çağırış: ''Dövlətin hesabına yığdıqlarınızı xərcləyin''

Date: 13 January 2016 14:47

"Siyəzənin deputatı Tahir Süleymanov və İmişlinin deputatı Əsabil Qasımov, ölkənin əsas un istehsalı ilə məşğul olan adamlardır, qiymətləri də onlar qaldırıblar"

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ölkədə unun qiymətinin süni surətdə bahalaşmasında və əhalinin narazı salınmasında deputat həmkarları Tahir Süleymanovla Əsabil Qasımovu ittiham edib.

Milli.Az "Yeni Müsavat"a istinadən bildirir ki, F.Ağamalının dediyinə görə, insanların narazılığı unun kəskin bahalaşmasınadır. Bunu edən isə un istehsalı ilə məşğul olan adıçəkilən deputatlardır:

"Mən iki deputat həmkarıma çağırış edirəm. Onlardan biri Siyəzənin deputatı Tahir Süleymanov, biri isə İmişlinin deputatı Əsabil Qasımovdur. Onlar ölkənin əsas un istehsalı ilə məşğul olan adamlardır. Qiymətləri də onlar qaldırıblar. Hər ikisi zəhmət çəksin, illərdir bu dövlətin hesabına yığdıqları pulu xərcləsinlər. Süni bahalaşmaya gedib əhalinin vəziyyətini ağırlaşdırmasınlar. Bu deputatlara çağırış edirəm ki, xalqı çörəklə imtahana çəkməyin, xalqı dövlətdən narazı salmayın. Onlar bu dövlətdən qazanıblar, indi qazandıqlarını zəhmət çəkib xalqa xərcləsinlər. Bu durumda da pul qazanmaq həvəsinə düşməsinlər.

Bu iki deputat çağırışlara məhəl qoymasalar və xalqı çörəklə imtahana çəkməkdə davam edəcəklərsə, kimliklərindən asılı olmayaraq birbaşa onların üstünə gedəcəm. Onlara bəyan edirəm ki, unun qiymətini qaldırmasınlar. Ölkə prezidenti də çağırış etdi ki, süni qiymət artımına gedilməsin. Prezidentin çağırışına əməl etsinlər. Xalqın və dövlətin maraqları hər şeydən üstündür. Unun, taxılın məşğul olanların üzərində dövlətin müvafiq qurumlarının ciddi nəzarəti olmalıdır. Bu möhtəkirlər, işbazlar yaranmış durumdan istifadə edib varlanmaq istəyirlərsə, əslində dövlətə xəyanət edirlər".

Milli.Az


Tags:  Fəzail Ağamalıdan həmkarlarına çağırış Dövlətin hesabına yığdıqlarınızı xərcləyin


RƏYLƏR


Top news