Bəzi regionlarda qar yağacağı gözlənilir

Bəzi regionlarda qar yağacağı gözlənilir
15:16 13 Yanvar 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, dağlıq ərazilərdə 6-11° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir. 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bezi_regionlarda_qar_yagacagi_gozlenilir-918070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR