Qahirə, 13 yanvar, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Sinay yarımadasının bir sıra rayonlarında qeyri-sabit vəziyyətlə əlaqədar fövqəladə vəziyyət rejiminin üç ay müddətinə uzadılması haqqında fərman imzalayıb.
Misirin MENA agentliyinin yaydığı xəbərə görə, Sinayın şımalında fövqəladə vəziyyət rejimi ötən ilin oktyabrında ekstremistlərin hərbi qulluqçulara hücumundan sonra tətbiq edilmişdi.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə