Azərbaycanın Polşadakı səfirliyində ADA Universitetinin tələbələri ilə görüş keçirilib

Azərbaycanın Polşadakı səfirliyində ADA Universitetinin tələbələri ilə görüş keçirilib
15:05 13 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 12-də Azərbaycan Polşadakı Səfirliyində səfir Həsən Həsənovun ADA Universitetinin tələbələri ilə görüşü keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə ADA Universitetinin psixoloqu Zöhra Məlikova və 14 nəfər tələbə iştirak edib.

Görüşdə tələbələr tərəfindən qaldırılan məsələlər və verilən suallar ətrafında çıxış edən səfir Həsən Həsənov tələbələrə Azərbaycan dövlətçiliyi, müasir xarici siyasət, perspektivlər, ölkəmizi maraqlandıran aktual məsələlər haqqında məlumat verib.

Eyni zamanda, Azərbaycan-Polşa münasibətlərinin tarixi, hər iki ölkənin tarixində xüsusi xidmətləri olmuş şəxslər, Səfirliyin fəaliyyəti, təşkil olunan silsilə tədbirlər, qurulan xatirə lövhələri, abidələr və Azərbaycan haqqında polyak dilində nəşr olunan kitablar haqqında da tələbələrə ətraflı məlumat verilib.

Görüş zamanı səfir H.Həsənov qeyd edib ki, ölkəmizin təbliği istiqamətində fəaliyyətin uğurla aparılmasında gənclərin rolu mühümdür. Bu səbəbdən də gənclərimiz vətənpərvər olmalı, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyat və dilini öyrənməli və ölkəmizin maraqlarının müdafiəsində fəal iştirak etməlidirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR