Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Direktor: “Avromed” şirkəti dərman satışını əvvəlki qaydada və qiymətlərlə davam etdirir"

Direktor:  “Avromed” şirkəti dərman satışını əvvəlki qaydada və qiymətlərlə davam etdirir"

Date: 13 January 2016 15:07

Bakı. 13 yanvar. REPORT.AZ/ ""Avromed" şirkəti dərman satışını əvvəlki qaydada və qrafikdə davam etdirir". Bu barədə "Report"a şirkətin Direktorlar Şurasının üzvü, audit direktoru Zamiq İslamov məlumat verib.
Onun sözlərinə görə, manatın devalvasiyasından sonra da şirkət satışı dayandırmayıb və fəaliyyətində heç bir fasilə yaratmayıb: "Hazırda fəaliyyətimizi əvvəlki qaydada davam etdiririk. İndi işdəyik və satış işləri aparılır".
Z.İslamov bildirib ki, şirkət xaricdən dərman gətirmək işini davam etdirir: "Hazırda idxal prosesləri davam edir. Devalvasiyadan sonra idxal prosesində də heç bir məhdudiyyət yaranmayıb. Ola bilsin ki, apteklərdə bəzi dərman preparatlarının qıtlığı və idxalda məhdudiyyətlər olsun. Amma bu demək deyil ki, "Avromed" şirkəti satışı dayandırıb. Azərbaycana xaricdən dərman gətirən yüzə yaxın şirkət var. Hər hansı bir dərman şirkətinin satdığı dərman preparatlarının qıtlığı yarana və məhdudiyyətlər baş verə bilər. Amma biz öz məhsullarımıza cavabdehik və deyə bilərik ki, heç bir məhdudiyyət və qıtlıq yoxdur".
Z.İslamov qeyd edib ki, "Avromed" şirkəti drəmanları Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərlə satır: "Qiymət artımı yoxdur". 

Tags:  Direktor Avromed şirkəti dərman satışını əvvəlki qaydada qiymətlərlə davam etdirir

RƏYLƏR


Top news