Ukraynalı məşqçi "Qəbələ"dən ayrıldı

Ukraynalı məşqçi "Qəbələ"dən ayrıldı
15:07 13 Yanvar 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin əsas komandasının qapıçılar üzrə məşqçisi Andrey Qluşenko komandadan ayrılıb. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis ailə vəziyyətinə görə vətəninə geri dönüb. 


Qluşenkonu "Qəbələ"nin əvəzedicilər üzrə komandasının qapıçı məşqçisi Vüqar Məmmədov əvəz edib. Xatırladaq ki, Vüqar Məmmədov daha öncə də əsas komandada fəaliyyət göstərmişdi. O, Toni Adams, Ramiz Məmmədov və Fatih Kavlakın məşqçilər korpusunda yer almışdı.


"Qəbələ" İdman Klubu Andrey Qluşenkoya komandadakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar diləyib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ukraynal-mqci-quotqblquotdn-ayrld-t46764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR