İsveçdə Yeni il gecəsi yeniyetmə miqrantlar özlərini pis aparıblar

İsveçdə Yeni il gecəsi yeniyetmə miqrantlar özlərini pis aparıblar
15:08 13 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Stokholm, 13 yanvar, AZƏRTAC
İsveçin Karlstad şəhərinin asayiş keşikçiləri kütləvi bayram şənliklərində bir qrup yeniyetmə miqrantın qadınlara seksual təzyiqlər göstəməsinin şahidi olub.
İsveç KİV-lərinin yaydığı məlumata görə, bununla əlaqədar, polis hüquq pozuntuları ilə bağlı araşdırmaya başlaya bilməsi üçün seksual təzyiq halları ilə üzləşən gənc qadınlardan ərizə ilə müraciət etməyi xahiş edib.
Polisin nümayəndəsi Tommi Lind KİV-ə müsahibəsində deyib: “Biz istəyirik ki, belə təzyiqə məruz qalanlar rəsmi ərizə versinlər. Onda bizim bu halları araşdırmaq imkanımız olacaq”. Onun sözlərinə görə, Yeni il gecəsi polis bir dəstə gəncin özlərini ədəbsiz apardığını, başqalarına sataşdığını, qızlara yüksək maraq göstərdiyini görüb. Onlar valideynlərinin müşayiəti olmadan İsveçə gəlmiş yeniyetmələr olublar.
Bu arada İsveçin cənubundakı Kalmar şəhərinin asayiş keşikçiləri Yeni il gecəsi bir qrup miqrant kişinin seksual təzyiqlər etməsi barədə 14 ərizəni araşdırırlar. Polis rəsmi surətdə elan edib ki, hüquq pozuntularının sayı minimum olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isvechde_Yeni_il_gecesi_yeniyetme_miqrantlar_ozlerini_pis_apariblar-918078

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR