Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ADİU-nun tələbələrinin dərsə davamiyyəti barmaq izi ilə yoxlanılacaq

ADİU-nun tələbələrinin dərsə davamiyyəti barmaq izi ilə yoxlanılacaq

Date: 13 January 2016 15:08


Bakı, 13 yanvar, AZƏRTAC
Yeni tədris ilindən Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələrinin dərsə davamiyyəti barmaq izi ilə yoxlanılacaq. Bununla da, müəllimlər tələbələrin davamiyyətinin yoxlanılmasına həsr etdikləri vaxtı dərsə ayıracaqlar. Bu sistem artıq universitetin “SABAH” qruplarında tətbiq olunub.
AZƏRTAC xəbər verir ki, bunu ADİU-nun rektoru, professor Ədalət Muradov jurnalistlərlə görüşündə deyib.
Rektor, həmçinin qeyd edib ki, dərsə gəlməyən müəllimlərin digər müəllimlərlə əvəz olunması məsələsi də yaxın gələcəkdə həllini tapacaq. Buna son qoymaq üçün müəllimlər elektron jurnalı barmaq izi ilə aça biləcəklər.
 

Tags:  ADİU-nun tələbələrinin dərsə davamiyyəti barmaq izi yoxlanılacaq


RƏYLƏR


Top news