Arif Hacılı “Bandotdel”ə çağırıldı

Arif Hacılı “Bandotdel”ə çağırıldı
15:31 13 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+

Müsavat başqanı Arif Hacılı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

Onun sözlərinə görə, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gəlib və A. Hacılını idarəyə dəvət ediblər: “Onun idarənin rəisi, general Seyfulla Əzimovun dəvəti ilə çağırıldığı bildirilib”.

G. Aslanlı qeyd edib ki, A. Hacılı generalın qəbulunda olub.

Müsavat Divanının üzvü Nemət Kərimli APA-ya açıqlamasında bildirib ki, A. Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi general Seyfulla Əzimovla görüşü artıq başa çatıb.

Onun sözlərinə görə, görüşün təfərrüatları ilə bağlı partiyanın mətbuat xidməti məlumat yayacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369610

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR