Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Selfi" qadağan edildi

"Selfi" qadağan edildi

Date: 13 January 2016 15:32

Hindistanın Mumbay şəhərinin bəzi ərazilərində "selfi" çəkmək qadağan edildi. Milli.Az bildirir ki, bu barədə Trend Türkiyənin NTV telekanalına istinadən məlumat verir.

2 nəfərin "selfi" çəkərkən dənizə düşərək ölməsindən sonra Mumbay polisi şəhərin 15 rayonunda "selfi" qadağası qoyub. Qadağan edilən ərazilərdən bəziləri çimərlik sahələridir.

Yaxın günlərdə mübahisəyə səbəb olan qərarla bağlı lövhələr quraşdırılacaq.

"Selfi" çəkənlərə hər hansı cəzanın verilib-verilməyəcəyinə dair hələ konkret qərar qəbul edilməyib.

Milli.Az


Tags:  Selfi qadağan edildi


RƏYLƏR


Top news