Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda tullantılardan 182 milyon kilovat-saat enerji alınıb

Azərbaycanda tullantılardan 182 milyon kilovat-saat enerji alınıb

Date: 13 January 2016 15:33

Bakı. Trend:

2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin təsisçisi olduğu “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 506 min ton tullantının zərərsizləşdiriliməsi nəticəsində təqribən 182 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, istehsal olunmuş enerjinin 28,5 milyon kilovat-saatı zavodun ehtiyaclarının ödənilməsinə yönəldilib, 153,5 milyon kilovat-saat enerji isə elekrik şəbəkəsinə ötürülüb. Bu, Bakının Xətai rayonunun elektrik enerjisinə olan tələbatının tam həcmdə ödənilməsi deməkdir.

Ötən il Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənmiş tullantıların 6 min tonu xammal kimi təkrar emala yönəldilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanda tullantılardan 182 milyon kilovat-saat enerji alınıb

RƏYLƏR


Top news