Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aydanın əsərləri Londonda - fotolar

Aydanın əsərləri Londonda -  fotolar

Date: 13 January 2016 15:36

Londonun "Saatchi" qalereyasında azərbaycanlı rəssam Aydan Salahovanın "Revelations: New Work by Aidan" ekspozisiyasının qapalı nümayişi keçirilib.

Axşam.az-ın məlumatına görə, rəssamın işləri "Champagne Life" layihəsi çərçivəsində nümayiş olunacaq. Sərginin kuratoru Cenni Kristensendir. 

"Üçölçülü obyekt reallıqdır. Rəssamlıq elektron formata da keçə bilər, çünki istifadəçi onu öz smartfonuna yükləyir. Heykəltəraşlıq isə reallıqla bağlı olan bir şeydir: ona toxunmaq olar", - deyə A.Salahova bildirib. Məhz onun heykəlləri qalereyanın sahibi və sərginin təşkilatçısı İqor Tsukanovun diqqətini cəlb edib.

13 yanvar-28 fevral tarixləri arasında istəyən hər kəs "Saatchi" qalareyasında ekspozisiyaya baxa bilər. (buro247.az)




Tags:  Aydanın əsərləri Londonda fotolar

RƏYLƏR


Top news