Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aktrisadan ərinə kövrək təbrik - fotolar

Aktrisadan ərinə kövrək təbrik - fotolar

Date: 13 January 2016 17:55

"Deniz Yıldızı" serialının "Mehveş"i Artemis Kahraman ana olduqdan sonra İnstaqramda tez-tez oğlunun fotolarını paylaşır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 2013-cü ilin yay aylarında Egemen Malkoç ilə nikah masasına oturan aktrisa sentyabrda ana olub.

Həyat yoldaşının ad gününü qeyd edən Artemis İnstaqramda yazmışdı:

"Nə çox şey qatdıq bir-birimizə, əslində çox qısa zamanda... doğru yerdə, doğru zamanda... Bu gün "nə yaxşı ki" deyə bildiyim üçün çox şanslıyam. Yaxşı ki, varsan. Yaxşı ki, həqiqisən, mənimləsən".

Oğlu Egenin hər anını qeyd edən ana fotolarda kövrək və həssas yazılar da əlavə edir.




Tags:  deniz yildizi seriali mehves artemis kahraman artemis kahraman oglu fotolari artemis kahraman instagram


RƏYLƏR


Top news