Ağsu, Füzuli və Siyəzən İcra hakimiyyətləri rayonlarda baş verən hadisələrə münasibət bildirib

Ağsu, Füzuli və Siyəzən İcra hakimiyyətləri rayonlarda baş verən hadisələrə münasibət bildirib
15:37 13 Yanvar 2016
103 Digər
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunda yerli sakinlər tərəfindən etiraz aksiyası keçirilməyib. Bu barədə APA-ya rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov bildirib.

Onun sözlərinə görə, rayonun bir qrup sakini qiymət artımı, əsasən də unun qiymətinin artırılması ilə bağlı İcra Hakimiyyətinə gəlib.
 
Sakinlər Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tərəfindən qəbul olunub. İH başçısı sakinləri dinləyib, onlara bildirib ki, süni qiymət artımının qarşısı alınacaq. Sahibkarlarla bununla bağlı görüş keçirilib.
 
Məlumata görə, son günlər rayonda unun qiymətində artım olsa da, hazırda 50 kiloqramlıq un kisələri 27 manat 50 qəpiyə satılır.
 
"Füzulidə baş verən etiraz aksiyasına səbəb qiymət artımıdır". Bunu açıqlamasında Füzuli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov deyib.
 
B.Aslanov qeyd edib ki, rayon icra hakimiyyəti rəhbərliyinin sakinlərlə apardığı danışıq nəticəsində etirazçılar dağılışıb: "Saxlanılan və xəsarət alan olmayıb".
 
Siyəzəndə də sabitlik təmin olunub. Bunu açıqlamasında Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev bildirib.
 
O qeyd edib ki, rayonda keçirilən aksiyada ölən və yaralananların olması barədə yayılan informasiyalar həqiqətə uyğun deyil: "Bu barədə yayılan məlumatlar yalandır. Hazırda rayonda sakitlik bərpa olunub, hər şey nəzarət altındadır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR