Rubl yenə şoka saldı SƏBƏBLƏR

Rubl yenə şoka saldı SƏBƏBLƏR
15:37 13 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın milli valyutası olan rublun ABŞ dollarına olan kursu daha da azala bilər. Ekspertlər rublun ucuzlaşmasının davam edəcəyini, 1 dolların 85-90 rubl olacağını deyirlər.

Dünya bazarlarında xam neft və təbii  qazın qiymətlərinin sürəkli aşağı düşməsi, ABŞ dolları və arvonun bahalaşması prosesləri yeni "rekord"lar vurmaqdadır. Postsovet məkanı ölkələrinin tam əksəriyyətinin iqtisadiyyatlarına ciddi təsir imkanlarına malik Rusiya maliyyə bazarında gərginlik artmaqdadır. 
Rublu yeni devalvasiya gözləyir.
Bəzi ekspertlərin dediklərinə görə, 1 ABŞ dolları 100 rubl ola bilər. Bu isə avtomatik olaraq Rusiyada əhalinin rifah halına, qiymətlərə və ölkə iqtisadiyyatına ən ciddi təsir edəcək amillərdən başlıcasıdır.

Ötən ilin sonlarında Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina ölkə valyutasının volatilliyinin aşağı düşdüyünü vurğulayaraq "üzən kurs"un rubl üçün ən əlverişli prinsip olduğunu demişdi.
Rusiya Bankının pul-kredit siyasəti departamentinin direktoru İqor Dmitriyev isə söyləyirdi ki, rublun kursu "müvazinət səviyyəsinə yaxın həddədir".
Fəqət, bu ilin əvvəli rubl üçün çox pis oldu. Dünənsə Moskva Birjasında 1 dollar 77 rubla, yəni 2014-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə qalxdı.
Neftin ucuzlaşması rublu vurmağa davam edir. Brent markalı neftin 1 barrelinin 30,44 dollardan satıldığını nəzərə alsaq, rublun "qara günləri" hələ qabaqdadır.
Dünyanın ən böyük 30 maliyyə strukturundan biri, Hollandiyanın "Rabobank"ının analitiki Peter Matisin dediyinə görə, Rusiyada 1 dollar 100 dollar ola bilər: "Bu, neftin daha da ucuzlaşacağı, hadisələrin kritik inkişaf məcrasında olacağı zaman üçün proqnozdur. Lakin 1 dollar üçün 85-90 rublluq situasiyanı real hesab edirəm".

Rusiyalı ekspertlər də 1 dolların 85 rubla qədər bahalaşacağını istisna etmirlər.
Rublun durumu xam neftin qiymətindən asılı olduğu üçün "qara qızıl"ın dəyəri Rusiyanın milli valyutasının taleyini müəyyənləşdirəcək.
Neftlə bağlı proqnozlar isə bədbindir.
Britaniyanın "Standard Chartered" bankı dünya bazarlarında xam neftin 1 barelinin 10, ABŞ-ın "Morgan Stanley" bankı isə ən azı 20 faiz ucuzlaşacağını ehtimal edirlər.
Rusiya hökuməti antiböhran paketi hazırlayaraq dövlət büdcəsinin xərclərini 10 faiz azaldıb.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/397553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR