Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Elmar Məmmədyarov ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktorunu qəbul edib

Elmar Məmmədyarov ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktorunu qəbul edib

ABŞ İranla şərt kəsdi (21 Mart 2017 21:18)
Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər nazirinin müavini ilə görüşdü (16 Mart 2017 22:48)
Elmar Məmmədyarov Hikmət Xəlil Karzai ilə görüşdü (16 Mart 2017 20:57)

Tarix: 13 Yanvar 2016 15:37

Bakı. 13 yanvar. REPORT.AZ. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Çarlz Kapçanı qəbul edib. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir Elmar Məmmədyarov müstəqilliyinin ilk illərindən Azərbaycan və ABŞ arasında enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və digər sahələrdə tərəfdaşlıq münasibətlərinin formalaşdığını nəzərə çatdırıb.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar və müzakirə mövzusu olan təkliflər barəsində məlumat verərək, münaqişənin həlli və regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb. 
Bakıya ilk dəfə səfər etdiyini bildirən Çarlz Kapçan ABŞ-ın Azərbaycan ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib.
Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Teqlər:  Elmar Məmmədyarov ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktorunu qəbul edib



RƏYLƏR


Top xəbərlər