"Doğulanlar çoxalıb, uşaq bağçaları çatmır"

"Doğulanlar çoxalıb, uşaq bağçaları çatmır"
15:52 13 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin yaz sesiyasına Elm və təhsil komitəsi "Elm haqqında" qanun layihəsini ikinci oxunuşa hazırlayır. Yəqin ki, birinci oxunuşda səsləndirilmiş təkliflər, fikirlər və əlavə deputatlardan da alınan rəylər də komitədə müzakirə ediləcək və yaz sessiyasının ikinci oxunuşuna çıxarılacaq.

Milli.Az bildirir ki, bu sözləri modern.az-a açıqlamasında parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.

O qeyd edib ki, "Elm haqqınqa" qanun layihəsi kifayət qədər əhatəlidir və olduqca zəruri, vacib sənəddir. "Güman edirik ki, yaz sessiyasında ikinci və üçüncü oxunuşunda qanun qəbul olunacaq. Yeni qanun layihələrdən biri "Məktəbəqədər təhsil haqqında" qanun layihəsidir ki, bununla işçi qrupunun yaradılması planlaşdırılır. Bu istiqamətdə işlər görülür. Amma bu gün zəruri olan "Elm haqqında" qanun layihəsidir ki, biz onu mütləq müzakirə edib, qəbul etməliyik. Azərbaycan elminin inkişaf prioritetləri də nəzərə alınmaqla "Elm haqqında" qanun layihəsində bu istiqamətdə görüləcək işlərin hüquqi bazasını daha da möhkəmləndirəcəyik". 

B.Əliyev qeyd edib ki, "Məktəbəqədər təhsil haqqında" qanun layihəsində uşaqların bağça təhsili alaraq məktəbə getməsində icbarilik yoxdur. "Dövlət gələcək nəsillərin inkişafı, yaxşı təhsil verilməsi üçün məktəbəqədər təhsili gücləndirmək niyyətindədir ki, uşaqlar artıq 5 yaşında bağçadan məktəbə hazırlıqlı getsinlər. Bağçaya getməyən uşaqların bir hissəsi üçün ailə hazırlıq görməlidir. Bəzən valideynlər uşaqlarının mətkəbə kifayət qədər hazırlığını təmin edə bilmirlər. Amma bağçalarda münbit şərait var ki, orada yaxşı hazırlanmış tərbiyəçilər məktəqədər təhsil müsəssisələrində uşaqların psixi və hərtərəfli inkişafı üçün ilkin bazanı formalaşdıra bilsinlər".

B.Əliyev bildirib ki, uşaq bağçalarının az olmasının səbəbi vaxtilə onların bir çoxunun özəlləşdirilməsi və ya bağlanmasıdır.

"Keçid dövründə müəssisələrin bir çoxu özəlləşdirildiyi və ya bağlandığı üçün onların nəzdində olan bağçalar bağlandı və yaxud özəlləşdirildi. Bu baxımdan onların sayı azalıb. Digər tərəfdən ölkə əhalisinin sayı artıb. Ölüm faktları xeyli dərəcədə azalıb, amma uşaq dünyaya gəlməsi çoxalır. Belə olan halda bağçaların da sayının artmasına ehtiyac yaranır. Əvvəlki dövrdə olan bağçalar da qalsaydı belə, yenə də kifayət etməyəcəkdi. Bu gün Təhsil Nazirliyi, Heydər Əliyev Fondu böyük işlər görür. Eyni zamanda burada özəl şirkətlər vurğulanmalıdır ki, işçilərinin sosial müdafiəsini gücləndirmək üçün nəzdlərində uşaq bağçaları yaratmalıdılar. Beləliklə, həmin bağçalara onların övladları gəlsin, işçilər də yüksək əmək məhsuldarlığı ilə işləyə bilsinlər. Bunun hamısını dövlətin üzərinə atmaq bazar iqtisadiyyatı şəraitində qətiyyən düzgün deyil. Əgər ölkə iqtisadiyyatının 85 faizi özəl sektora aiddirsə, demək uşaq bağçalarının da böyük əksəriyyəti özəl sektorun öhdəsinə düşməlidir.

Sosial siyasət, ümumiyyətlə, özəl şirkətlərin əsas fəaliyyət istiqamətlərindən biridir və bütün dünya təcrübəsi belədir ki, bütün şirkətlər sosial proqramlara vəsaitlər ayırmalıdır. Dövlət də həmişə bunu nəzərə alır və müəyyən güzəştlər edir, həmin şirkətlər üçün daha əlverişli şəraitlər yaradır", - deyə sədr müavini vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR