İlham Əliyevin ABŞ səfərindən gözləntilər (VİDEO)

İlham Əliyevin ABŞ səfərindən gözləntilər (VİDEO)
15:56 13 Yanvar 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin ABŞ-a səfəri yeni başlanğıclar vəd edir.

ANS TV-nin məlumatına görə, Vaşinqtonda keçirləcək Nüvə Təhlükəsizliyi sammiti üçün artıq işlərə başlanılır. Samitə dəvət alan Azərbaycan prezidenti İlham Əliyevin səfəri ABŞ paytaxtında indidən maraqla gözlənilir. Amerikada düşünürlər ki, səfərin gerçəkləşməsi iki ölkə arasındakı münasibətlərə böyük xeyir gətirəcək.

Qarabağ Fondunun rəhbəri Diana Koen Altman bildirib ki, onlar Azərbaycanın geosiyasi əhəmiyyətini tanıyır, bu, Amerikanın təhlükəsizliyi, xüsusi ilə silahların yayılmaması mövzusunda ölkə çox əhəmiyyətlidir. Amerikada çox adamlar ümid edir ki, Azərbaycan prezidentinin yazdakı səfəri əlaqələri yaxşılaşdıracaq. İki ölkəni bir -birinə daha yaxın edəcək və bu əlaqələr əslində olduğundan daha yaxşı olacaq.

Azərbaycanın Amerikada çoxlu dostları olduğun söyləyən Qarbağ Fondunun rəhbəri düşünür ki, iki ölkənin qeyri-hökumət təşkilatları arasında olan münasibətlər elə dövlətlərin marağına uyğundur. Onun təbirincə desək prezident İlham Əliyevin bu səfərindən sonra əlaqələr daha yaxşıya doğru inkişaf edəcək:

“İki ölkə arasında baş tutan istənilən dialoq, konstruktivdir, yaxşıdır və yeni bir başlancığ kimi görünür. Qarbağ Fondu, şəxsən mən daha bir başlanğıc gözləyirəm. Təxmin edərəm ki bu pozitiv inkişafdır. Necə pis ola bilər?”.

ABŞ prezidenti Barak Obamadan Azərbaycan prezidenti İlham Əliyevə dəvət gəlib. Ağ ev rəhbəri azərbaycanlı həmkarını 2016-cı ildə Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369608

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR