Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda 49 yaşlı kişi özünü ağacdan asdı

Bakıda 49 yaşlı kişi özünü ağacdan asdı

Date: 13 January 2016 16:01

Bakıda intihar hadisəsi baş verib. 49 yaşlı kişi özünü asıb.

Suraxanı Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Ramana qəsəbəsində, Samir Əliyev küçəsində qeydə alınıb. “Şuşa şəhərciyi”ndə məskunlaşan Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Zəfər Səmiran oğlu Quliyev qəsəbə ərazisindəki ağaclıqda özünü asıb. Onun ağacdan asılmış meyitini ərazidən keçən sakin görərək polisə müraciət edib.

Hələlik hadisənin başvermə səbəbləri bilinmir.

Əlavə edək ki, özünu asan şəxsin itkin düşməsi barəsində dünən polis şöbəsinə məlumat daxil olub.

Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Özünü asan kişi ailəli olub və övladları var.

Ölkədə sonuncu intihar dünən Füzilidə baş verib. 12 yaşlı uşaq özünü asıb.

Məcburi köçkünlərin yaşadığı Fin qəsəbəsində qeydə alınan hadisə zamanı rayonun Şəkərcik kəndində anadan olmuş, Fin qəsəbəsindəki qoyunçuluq fermasında yaşayan 2004-cü il təvəllüdlü Qara İsmiəli oğlu Ağayev yaşadığı evdə ikimərtəbəli çarpayının ikinci mərtəbəsindən mələfə ilə asıb.

Ailə üzvləri 12 yaşlı uşağın cəsədini asılmış vəziyyətdə aşkar ediblər. O, nəfəs çatışmazlığından dünyasını dəyişib.

Tags:  Bakıda 49 yaşlı kişi özünü ağacdan asdı

RƏYLƏR


Top news