Qan yaddaşımız 20 Yanvar tələbələrin gözü ilə

16:03 13 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 13 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş “Qan yaddaşımız 20 Yanvar tələbələrin gözü ilə” adlı rəsm sərgisi keçirilib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, sərginin açılış mərasimində ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən danışıb.
Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, sovet ordusunun Azərbaycana qarşı hərbi əməliyyatları nəticəsində dinc əhali vəhşicəsinə öldürülüb. Bu hadisə sovet ordusunun erməni quldur dəstələri ilə birlikdə Azərbaycan xalqına qarşı terror aktı idi. Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar. Bu faciə hər il Azərbaycan xalqı tərəfindən ehtiramla yad edilir.
Saleh Məhərrəmov diqqətə çatdırıb ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilib.
Təsviri-incəsənət kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq Rəssamı Hüseynqulu Əliyev sərgidə Qanlı Yanvar hadisələri ilə bağlı tələbə rəssamların və onların müəllimlərinin 25-dən artıq rəsm əsərlərinin nümayiş etdirildiyini qeyd edib. O, müəllimlərdən Ləman Məmmədovanın çəkdiyi və sərgidə nümayiş olunan “Azərbaycan göz bəbəyim” adlı yeni rəsm əsərinin öz orijinallığı ilə seçildiyini xüsusi vurğulayıb.
Sonra tədbir iştirakçıları sərgiyə baxıblar. Sərgidə universitetin tələbələri Fəridə Əhmədovanın “Kompozisiya”, “Əriyən şamlar”, Çimnaz Gözəlovanın “Şəhid anası", Tünzalə Orucovanın “Şəhid”, Araz Yusifovun “Soyqırımı”, Turanə Hüseynovanın “Alov bina” və digər əsərlər nümayiş etdirilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qan_yaddasimiz_20_Yanvar_telebelerin_gozu_ile-918099

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR