“Report” İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, istehsal olunan enerjinin 28,5 mln. kVt/saatı zavodun ehtiyaclarının ödənilməsinə yönəldilib, 153,5 mln. kVt/saat isə elekrik şəbəkəsinə ötürülüb: "Bu, Bakının Xətai rayonunun elektrik enerjisinə olan tələbatının tam həcmdə ödənilməsi deməkdir".
Qeyd olunur ki, ötən il Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənmiş tullantıların 6 min tonu xammal kimi təkrar emala yönəldilib.