Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gənc Tamaşaçılar Teatrı Konya teatr festivalına dəvət alıb

Gənc Tamaşaçılar Teatrı Konya teatr festivalına dəvət alıb

Date: 13 January 2016 16:12

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Türkiyənin Konya şəhərində keçiriləcək 9-cu “Min nəfəs, bir səs” beynəlxalq teatr festivalına dəvət alıb.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 20-dən 30-dək davam edəcək festival Konya Dövlət Teatrının təşkilatçılığı ilə keçiriləcək.
Dövlət Gənc Tamaşaçılar Teatrı festivalın münsiflər heyətinə repertuarda olan iki tamaşa-Ə.Haqverdiyev “Xortdanın cəhənnəm məktubları” və L.Nuren “Mən gəldim qızlar” (“Müharibə”" haqqda məlumat göndərib. Münsiflər heyətinin seçdiyi tamaşa festivalda nümayiş etdiriləcək.
Qeyd edək ki, hər il festivala Türkiyədən və dünyanın müxtəlif ölkələrindən türk dilli teatr kollektivləri qatılırlar. Festivalın keçirilməsinin əsas məqsədi müasir türk teatrına yeni səhnə əsərləri, eləcə də gənc və fərqli baxışa malik insanlar qazandırmaqdır. 









Tags:  Gənc Tamaşaçılar Teatrı Konya teatr festivalına dəvət alıb

RƏYLƏR


Top news