Fransanın bəzi şəhərlərinin Azərbaycanın işğal altındakı şəhərləri ilə imzaladığı “xartiyalar” ləğv ediləcək

Fransanın bəzi şəhərlərinin Azərbaycanın işğal altındakı şəhərləri ilə imzaladığı “xartiyalar” ləğv ediləcək
16:13 13 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Yaşamaq üçün ən bahalı şəhərlər məlum oldu – SİYAHI (22 İyun 2017 21:12)
İsraildən ŞOK QƏRAR: (20 İyun 2017 19:47)
İlham Əliyev: “Biz işğal altındakı torpaqlara qayıdacağıq” (14 İyun 2017 17:53)


Bakı, 13 yanvar, AZƏRTAC
Bir müddət əvvəl Ermənistan kütləvi informasiya vasitələrində Fransanın bəzi şəhərlərinin Azərbaycanın işğal altında olan şəhərləri ilə “qardaşlaşması” və əməkdaşlıq haqqında “sənədlər” imzalanması haqqında məlumatlar verilmişdi.
AZƏRTAC-ın Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bununla əlaqədar nə kimi tədbirlər görülməsinə ilə bağlı sualını nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cavablandırıb.
H.Hacıyev bildirib ki, qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Bako Saakyanın 2015-ci il mayın 17-19-da Fransaya səfəri və bu səfər zamanı Fransanın vilayət və şəhərləri ilə “əməkdaşlıq xartiyası”nın imzalanması ilə əlaqədar Xarici İşlər Nazirliyinin təlimatı əsasında Fransadakı səfirliyimiz tərəfindən davamlı fəaliyyət həyata keçirilir. Aparılan işin nəticəsində Fransa hökuməti tərəfindən rəsmi cavab addımı kimi xarici işlər və daxili işlər nazirləri səviyyəsində yerli prefekturalar və ali komissarlara iyulun 2-də sirkulyar təlimat göndərilib. Yerli özünüidarəetmə qurumlarının beynəlxalq əməkdaşlıq sahəsində səlahiyyət məhdudiyyətlərinə dair xəbərdarlıq edən həmin sənəddə mərkəzi hakimiyyətin siyasətinə və Fransanın beynəlxalq öhdəliklərinə zidd olaraq, yerli orqanların Fransa hökumətinin tanımadığı qeyri-qanuni rejimlər, o cümlədən qondarma “Dağlıq Qarabağ rejimi” ilə beynəlxalq əməkdaşlığa dair sənədlər imzalamasına qadağa qoyulub. Həmçinin artıq imzalanmış qeyri-qanuni “əməkdaşlıq xartiyaları”nın ləğvi istiqamətində hüquqi müstəvidə zəruri addımların atılması davam etdirilir. Belə ki, səfirliyin əməkdaşlıq etdiyi vəkil tərəfindən Azərbaycanın işğal altında olan şəhərləri ilə qeyri-qanuni sənədlər imzalamış Fransa şəhərlərinin yerləşdiyi vilayətlərin prefektlərinə müvafiq sorğular göndərilib və Fransanın mövcud qanunlarına əsaslanaraq, imzalanmış qeyri-qanuni sənədlərin ləğv edilməsi məqsədilə onların İnzibati Məhkəməyə təqdim edilməsi məsələsi qaldırılıb. Sorğuya cavab olaraq, Drom vilayətinin prefekti Didye Loqa bu günədək nə “Valans və “Stepanakert” (Xankəndi) şəhərləri arasında dostluq xartiyası” və “Burq-Le-Valans və Şuşa şəhərləri arasında dostluq xartiyası” sənədinin, nə də belə bir sənədlərin imzalanmasına icazə verən hər hansı məlumatın ona təqdim edilmədiyini vurğulayıb və bu səbəbdən də sözügedən sənədin qüvvəyə minmədiyini və beləliklə də onun icra edilmə imkanının olmadığını bildirib.
Prefekt Valans şəhəri tərəfindən sözügedən “dostluq xartiyaları”nın və ya ondan irəli gələn hər hansı sənədin ona təqdim ediləcəyi təqdirdə həmin sənədlərin ləğv edilməsi üçün onu dərhal İnzibati Məhkəməyə təqdim edəcəyini bildirib.
Göründüyü kimi, Ermənistanın Fransada olan erməni lobbi dairələri və onların təsiri altında olan bəzi şəxslər Fransanın qanunlarını və beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərini pozmaqdan belə çəkinməyərək Fransanın rəsmi dövlət siyasətinə qarşı fəaliyyət aparırlar.
Bir daha bildirmək istərdik ki, ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş ərazilərində həyata keçirilən hər bir qeyri-qanuni fəaliyyət Xarici İşlər Nazirliyi tərəfindən dərhal ciddi nəzarətə götürülür və araşdırılır. Burada hər hansı dövlətin hüquqi və fiziki şəxslərinin fəaliyyəti müəyyən edildiyi halda isə aidiyyəti diplomatik nümayəndəliklərimizə təlimat verilir və həmin ölkə qarşısında bu məsələ qaldırılır, zəruri diplomatik və hüquqi addımlar atılır.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda Formula-2 yarışlarına start verildi

23 İyun 2017 11:27

Günorta çağı 13 yaşlı qıza təcavüz etmək istəyən oğlan kameralara düşdü - VİDEO - FOTO

23 İyun 2017 11:27

Gecə klubunda “DJ” işləyən şəxs Bakı sakininin avtomobilini oğurlayıb

23 İyun 2017 11:27

Avropada daha bir rekord transfer təklifi - 135 milyon avro

23 İyun 2017 11:27

Kredit borcu olanlar fitrə verə bilər?

23 İyun 2017 11:25

"Real" 2 gənc futbolçu ilə razılıq əldə etdi

23 İyun 2017 11:22

Özəl şirkətlər də SOCAR istiqrazlarına maraq göstərirlər

23 İyun 2017 11:22

Bakıda Formula 2 yarışının sərbəst yürüşü start götürüb

23 İyun 2017 11:22

Bakıda Formula 2 pilotlarının sərbəst yürüşləri başlayıb

23 İyun 2017 11:22

Bakı şəhəri qlobal bahalılıq reytinqində 182-ci yeri tutub

23 İyun 2017 11:22

Sibel Can bu qədər pul xərclədi

23 İyun 2017 11:20

Tələbələrə JEST: kredit borclarını universitet ödəyəcək

23 İyun 2017 11:18

Bergüzar Korel uzun saçlarını görün nə hala saldı - FOTO

23 İyun 2017 11:18

Bakıda keçmiş sevgili dəhşəti: 1 ölü, 2 yaralı var...

23 İyun 2017 11:16

Aygün Kazımova istirahətdə: "Sevmək gözəldir" - FOTOLENT

23 İyun 2017 11:14

Aslı Muradla bağlı sualı eşidib, qaçdı - FOTO

23 İyun 2017 11:12

"Survivor 2017"nin qalibi bəlli oldu

23 İyun 2017 11:12

Onlar vahid çağrı mərkəzinə birləşdirildi

23 İyun 2017 11:10

Növbəti erməni yalanı ifşa olundu - MN

23 İyun 2017 11:09

Bakı Ali Neft Məktəbində Silahlı Qüvvələr günü qeyd olunub

23 İyun 2017 11:07

Məşhur rus model Bakını gəzdi - FOTO

23 İyun 2017 11:05

"Formula-1" Azərbaycan Qran-Prisi: Trasda dəyişikliklər və DRS zonaları

23 İyun 2017 11:05

Azərbaycan Formula 1 Qran Prisinə necə hazırlaşdı?

23 İyun 2017 11:05

Kıvanç: "Tuba ilə öpüşəndə narahat oluram"

23 İyun 2017 11:05

Soğanı soyun, qabığını atmayın...

23 İyun 2017 11:05

Sərxoş atasını 20 bıçaqla qətlə yetirən gənc MƏHKƏMƏ QARŞISINDA

23 İyun 2017 11:04

Venesuelada daha bir etirazçı hərbçilərin açdığı atəş nəticəsində öldürülüb

23 İyun 2017 11:02

UNEC kollektivi Cocuq Mərcanlıda (FOTO)

23 İyun 2017 11:01

Türkiyədən sərt cavab: Növbəti Aya Sofya QALMAQALI

23 İyun 2017 10:58

İlham Əliyev hərbi hissələrin açılışında iştirak edib

23 İyun 2017 10:58

"Qız qısa şortik geyinib, onun atası anası yoxdur?" - Qıza şillə vuran oğlanın atası - VİDEO - FOTO

23 İyun 2017 10:57

Reanimasiyadakı xalq artistinin oğlu: "Bizimlə maraqlanan yoxdur"

23 İyun 2017 10:54

Bakıda atasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

23 İyun 2017 10:52

Bakı trası şəhər traslarından ən sürətlisidir

23 İyun 2017 10:52

Qazaxıstanın neft bazasında yanğın baş verib, bir nəfər həyatını itirib

23 İyun 2017 10:52

Ayağınızı buzlu suya salın

23 İyun 2017 10:50

Ordumuzun şərəfinə yeni medal təsis olunur - FOTO

23 İyun 2017 10:49

Flora Kərimova əməliyyat olundu

23 İyun 2017 10:49

ASAN xidmət neçə gün işləməyəcək?

23 İyun 2017 10:48

Tarkan artıq Bakıda – FOTO

23 İyun 2017 10:48

Formula-1 Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi - FOTO

23 İyun 2017 10:48

Azərbaycanlı həkim dünyada ilkə imza atdı: Süni geli 2 seansa yox edir

23 İyun 2017 10:47

"Bu yayın ən yaraşıqlı bəy və gəlini"

23 İyun 2017 10:47

Dənizkənarı Milli Parkda "Formula-1 şəhərciyi" - FOTO

23 İyun 2017 10:47

"SamsungWind-Free™ - Külək olmadıqca narahatçılığa səbəb yoxdur"

23 İyun 2017 10:47

Gəlmələrlə çiçək(çirk)lənən futbolumuz

23 İyun 2017 10:47

Diversant məsələsinə sözardı...

23 İyun 2017 10:44

Zəfəran bağlarını kim yox etdi?

23 İyun 2017 10:44

Nazir: Ərəb ölkələri indiyədək Qətərə qarşı hər hansı rəsmi iddia irəli sürməyiblər

23 İyun 2017 10:43

Azərbaycanın 4 hərbçisinin şəhid olması xəbərinə RƏSMİ MÜNASİBƏT

23 İyun 2017 10:43