ABŞ-dan neft ölkələrinə xəbərdarlıq

ABŞ-dan neft ölkələrinə xəbərdarlıq
16:32 13 Yanvar 2016
101 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya neft bazarında gərgin vəziyyət hələ bir neçə il davam edəcək.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Energetika Nazirliyinin mütəxəssisləri 2016-cı ildə neftin orta qiymətinin 25 faiz aşağı düşəcəyi proqnozunu verib. Onların hesablamasına görə, 2017-ci ildə də neftin qiyməti cari ildəki kimi aşağı səviyyədə qalacaq.

ABŞ Energetika Nazirliyinin enerji informasiyaları idarəsinin proqnozunda bildirilir ki, yaxın iki il ərzində Brent markalı neftin barelinin orta qiyməti 50 dolları keçməyəcək.

İdarənin analitikləri neftin orta qiyməti ilə bağlı əvvəlki proqnozlarından da 28 faiz aşağı düşüblər. Əgər əvvəlcə 2016-cı il üçün neftin orta qiyməti 55.78 dollar proqnozlaşdırılırdısa, indi bu rəqəm 40.15 dollar səviyyəsində müəyyən olunub.

ABŞ Energetika Nazirliyinin əməkdaşları ilk dəfə 2017-ci il üçün də rəsmi proqnoz açıqlayıblar. Onların fikrincə, gələn il Brent neftin barelinin orta qiyməti təxminən 50 dollar civarında olacaq.


Neftin qiymətinin dünya səviyyəsində aşağı olmasının səbəblərinə gəlincə, ABŞ analitikləri bunu tələb və təklif arasında balansın pozulması, eləcə də İranda neft hasilatının artması ilə izah ediblər. Onların hesablamalarına görə, 2016-cı ildə İslam respublikasında orta sutkalıq neft hasilatı 300 min barelə, 2017-ci ildə isə 500 min barelə çatacaq.

Nəticədə OPEC ölkələrində orta sutkalıq neft hasilatının həcmi 2016-cı ildə qoyulan tələbi 2 mln barel aşacaq. 2015-ci ildə OPEC-də hasilat qoyulan tələbdən 1.6 mln barel artıq olmuşdu.


ABŞ Energetika Nazirliyinin analitikləri hesabatlarında 2016-cı ildə neft bazarına müxtəlif faktorların təsir edəcəyini də qeyd edib. Bura İran neftinin bazara qayıdışı, istehlak həcmindəki dəyişikliklər və OPEC-dən kənar istehsalçıların aşağı qiymətləri qorumasına reaksiya kimi amillər daxildir.

Birjalarda Brent markalı neftin bareli isə yenidən 31 dollardan aşağı düşüb.

Ötən günsə Böyük Britaniyanın “Standard Chartered” bankının analitikləri neftin qiyməti ilə bağlı ən pessimist proqnoz vermişdilər. Onlar neftin 1 barelinə görə qiymətinin 10 dollara qədər düşə biləcəyini açıqlamış, bunu isə neft bazarında yaranmış vəziyyətlə izah etmişdilər.

Dünyanın bir çox digər bankları -“Barclays” , “Macquarie”, “Bank of America”, “Merill Lynch”, “Societe Generale” –ın açıqladığı proqnozlar da 2016-cı ildə neftin qiymətinin aşağı səviyyədə qalacağından xəbər verir.


Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevsə neftin qiymətinin belə aşağı səviyyədə qalma müddətinin hətta 10 il davam edə biləcəyi fikrini irəli sürüb.

“Mənə elə gəlir, indi neftin qiymətinin 20 dollar, 15 dollar olacağından qorxmaq lazım deyil. Bu, böyük risk deyil. Ən böyük risk odur ki, neftin qiyməti illərcə, onillik boyunca davam edəcək” deyə Ulyukayev bəyan edib.



Aleksey Ulyukayev - Rusiyanın iqtisadi inkişaf naziri


Yanvarın 8-də neftin qiyməti ilə bağlı problem Afrikanın regional CEMAC təşkilatı ilə görüşdə də müzakirə olunmuşdu. Həmin görüşdə çıxış edən Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard bildirmişdi ki, əvvəlki iqtisadi tsikllərdən fərqli olaraq, neftin çox uzun müddət bahalaşmayacağı proqnozlaşdırılır. BVF başçısı qeyd etmişdi ki, müəyyən dövrlərdə neftin reabilitasiyası mümkündür, lakin müsbət proqnozlar ancaq 2019-cu ildən sonra mümkün olacaq. Onun fikrincə, neftin qiyməti yaxın illərdə maksimum 60 dollara qədər arta bilər.



Kristin Laqard - Beynəlxalq Valyuta Fondunun rəhbəri


Göründüyü kimi, artıq əksər ölkələrin iqtisadçı analitikləri tərəfindən neftin qiyməti ilə bağlı yalnız qorxulu proqnozlar səslənməkdədir. Belə getsə, "qara qızıl" öz tarixinin ən qara səhifələrini yenidən yaşamalı olacaq. İndiki vəziyyətlə oxşar tarix 1980-ci ildə yaşanmışdı ki, həmin vaxt «Brent» markalı neftin qiyməti 36.83 dollardan 27.56 dollar səviyyəsinə düşmüşdü. Yenidən həmin səviyyəni əldə etmək üçünsə 23 il vaxt lazım olmuşdu. İndiki halda isə bu müddətin ən azı 10 ilə qədər davamlı olacağı ehtimalları dünya neft bazarında sönük iqtisadi tempin də uzunmüddətli olacağını qaçılmaz edir.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Laisin məlahəti - FOTO

24 Aprel 2017 05:32

Poroşenko və Tillerson telefonla danışdı

24 Aprel 2017 05:28

Taksi sürücüsü döyüldü

24 Aprel 2017 05:18

49 yaşlı kişi eyvandan yıxılaraq öldü

24 Aprel 2017 04:39

Yaşayış evində yanğın: 5 nəfər öldü

24 Aprel 2017 04:33

Göz rənglərinə görə insan tipləri

24 Aprel 2017 03:56

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 03:38

Vittoriya kamera qarşısında - FOTO

24 Aprel 2017 03:32

İngiltərə Premyer Liqasının ən yaxşısı bəlli oldu

24 Aprel 2017 02:54

Messi 500-ə çatdı

24 Aprel 2017 02:43

Dovşan ətini yemək olarmı?

24 Aprel 2017 02:38

Rianna yeni reklamda - FOTO

24 Aprel 2017 02:32

Nyu-Yorkda yaşayış binasında yanğın: 5 ölü

24 Aprel 2017 02:24

Cocuq Mərcanlıda partlamamış hərbi sursatlar aşkarlandı

24 Aprel 2017 01:58

“Suka” olmaq istəməyən “kriminal generallar”ın dəhşətli ölümləri - VİDEO

24 Aprel 2017 01:33

Kendall Merilin obrazında - FOTO

24 Aprel 2017 01:32

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 01:29

"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlılar

24 Aprel 2017 01:21

Messi “Barselona”da 500-cü qolunu vurdu

24 Aprel 2017 01:19

"Barselona" "El-Klassiko"da qələbə qazandı

24 Aprel 2017 01:03

Madriddə triller: 5 qol, qırmızı vərəqə, Messinin benefisi

24 Aprel 2017 00:58

Le Pen seçkilərdən sonra ilk dəfə danışdı

24 Aprel 2017 00:56

Messi son saniyələrdə "Real"a ŞOK YAŞATDI

24 Aprel 2017 00:47

Fransada prezident seçkilərinin iki namizədi ikinci tura adladı

24 Aprel 2017 00:44

Yumurtanın təzə olub-olmadığını öyrənmək üçün

24 Aprel 2017 00:34

Türkiyə klubunun futbolçusu özünü asdı

24 Aprel 2017 00:18

Tanınmış futbolçu intihar etdi

24 Aprel 2017 00:16

Astroloji proqnoz - 24 aprel

24 Aprel 2017 00:13

Bu videoya baxmaq ürək istəyir

24 Aprel 2017 00:09

Günün qoroskopu: tənbəllik və süstlük etməyin

24 Aprel 2017 00:05

Kubok "Qarabağ"a təqdim olundu

23 Aprel 2017 23:58

İki yol qəzasında 3 nəfər xəsarət alıb

23 Aprel 2017 23:57

4 otaqlı ev yanıb

23 Aprel 2017 23:57

Möhtəşəm su festivalı Mingəçevirdə - FOTOLAR

23 Aprel 2017 23:53

Türkiyədə futbolçu intihar edib

23 Aprel 2017 23:52

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49

Yaşlandıqca uşaqlaşır, öldüyünə inanır

23 Aprel 2017 23:44

İŞİD-dən gözlənilməz hücum: 10 hərbçi həlak oldu

23 Aprel 2017 23:43

İkardi Vierinin 16 illik nəticəsini təkrarladı

23 Aprel 2017 23:42

Sakit okeanda ABŞ-Yaponiya birgə hərbi təlimləri başladı

23 Aprel 2017 23:28

Xəsarətlə nəticələnən yol qəzası baş verib

23 Aprel 2017 23:27

Avtomobil 60 yaşlı qadını vurdu - Biləsuvarda

23 Aprel 2017 23:24

İlk görüşdə seks faydalıdır

23 Aprel 2017 23:23

İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

23 Aprel 2017 23:17

"Qarabağ" kuboku aldı

23 Aprel 2017 23:13

Ərinin 18 il əvvəlki fotosunu paylaşdı

23 Aprel 2017 23:12

İnsanları anında tanıyın

23 Aprel 2017 23:10

Adriana Lima yenə libası ilə diqqət çəkdi - FOTO

23 Aprel 2017 23:05

Ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 23:00

Fransada prezident seçkilərinin ilkin nəticələri açıqlandı

23 Aprel 2017 22:58