Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BMT-də “Multikulturalizm ili” və BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq müzakirə olunur

BMT-də “Multikulturalizm ili” və BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq müzakirə olunur

Date: 13 January 2016 16:23


Bakı, 13 yanvar, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadənin rəhbərliyi ilə nümayəndə heyəti Nyu-Yorkda səfərdədir.
Nazirlidən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin yanvarın 16-dək davam edəcək səfərinin məqsədi BMT Sivilizasiyalar Alyansının rəhbərliyi ilə görüşlər keçirmək və qurumun qərargahında BMT Sivilizasiyalar Alyansının əlaqələndiricilərinin “İnamın yaradılması: zorakı ekstremizmin qarşısının alınması istiqamətində əlaqələr” mövzusunda təşkil etdikləri görüşdə iştirak etməkdir.
Səfər çərçivəsində ilk olaraq BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsinin kabinet rəhbəri Nihal Saadın rəhbərliyi ilə nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə bu il aprelin 25-dən 27-dək Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işlərinin cari vəziyyəti və digər təfərrüatları, habelə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Multikulturalizm ili” ilə bağlı əməkdaşlıq müzakirə olunub. Qeyd edilib ki, həm 7-ci Qlobal Forum, həm də “Multikulturalizm ili” Azərbaycanın dünyadakı mədəniyyətlər və sivilizasiyalar arası dialoqa töhfəsi ilə yanaşı, dünyadakı sülh və əməkdaşlığa həm dövlət başçısının, həm də xalqın milli iradəsinin ifadəsidir.
Səfər çərçivəsində yanvarın 15-də BMT-də Sivilizasiyalar Alyansı üzrə Milli Əlaqələndiricilərin toplantısında 7-ci Qlobal Forum və Azərbaycanın ev sahibliyi barədə geniş təqdimatın keçirilməsi nəzərdə tutulur.

Tags:  BMT-də Multikulturalizm ili BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq müzakirə olunur


RƏYLƏR


Top news