Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aeroportda çantadan bıçaq və elektroşok çıxdı

Aeroportda çantadan bıçaq və elektroşok çıxdı

Date: 13 January 2016 16:28

Bakı. Trend:

Moskva-Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşı Əkbər Mustafayevin baqajı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatı ilə yoxlanılarkən monitorda bıçaq və elektroşok cihazının təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin baqaja təkrar baxış zamanı Ə.Mustafayeva məxsus idman çantasının içərisindən gömrük nəzarətinə təqdim olunmamış 1 ədəd bıçaq və qutuya qablaşdırılmış 1 ədəd elektroşok cihazı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən bıçaq bir tərəfı kəsici və ucu deşici xassəyə malik süngu-bıcaq formasında hazırlanmış soyuq silahdır.

Faktla bağlı təhqiqat aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Aeroportda çantadan bıçaq elektroşok çıxdı

RƏYLƏR


Top news