Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə ilə bağlı sualları cavablandıracaq

Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə ilə bağlı sualları cavablandıracaq
16:33 13 Yanvar 2016
166 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyinin “Feysbuk” səhifəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı suallara cavab veriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 14-29 yanvar tarixlərində (iş günləri nəzərə alınmaqla) suallar şərhlər vasitəsilə cavablandırılacaq.

Şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Əks halda, belə şərhlər səhifədən silinəcək. Müraciətlər qeyd edilən məsələ ilə bağlı olmalıdır.

Böyük hərflərlə yazılan şərhlər sistem tərəfindən avtomatik olaraq gizlədilir. Belə şərhlər cavablandırılmayacaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2479954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR