“Könül məni “qara siyahı”ya atmışdı” - Xatun

“Könül məni “qara siyahı”ya atmışdı” - Xatun
16:36 13 Yanvar 2016
90 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Xatun Əliyeva həmkarı Könül Kərimova ilə barışığının saxta olması xəbərlərinə aydınqıl gətirib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Hər şey daxil” verilişində müğənni ilə münasibətlərinin yaxşı olduğunu deyib:

“Könül xanımı parodiya etdim, qəbul etmədi. Münasibətlərimiz pis formaya gəldi, küsdük. Öz kiçikliyimi göstərdim, barışdım. Könül xanım bir müsahibə verib ki, “O xanımı bağışlamıram”. Bunu da mənə yönəldiblər, məsələ şişirdildi. Demək istəyirəm ki, bu sözlər mənə aid deyil. Hətta bu yaxınlarda telefonla da danışmışıq. Dedi ki, sənə olan bütün kinim getdi. Söhbət çox böyümüşdü, hətta övladları da parodiyadan narahat olurmuş. İnstaqramda məni “qara siyahıya” atmışdı, dünən çıxarıb”. 

Xatun Əliyeva parodiyanın ona uğur gətirdiyini deyib:

"Çox insan məni parodiyadan sonra kəşf etdi. Seriallara dəvətlər aldım. Azərbaycanda ilk qadın parodiyaçıyam, çox da uğurlu alınır".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44178

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR