Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Davos forumunun proqramı açıqlandı

Davos forumunun proqramı açıqlandı

Date: 13 January 2016 16:47

Yanvarın 20-23-də "Dördüncü Sənaye İnqilabının Mənimsənilməsi" mövzusunda keçiriləcək 46-cı Dünya İqtisadi Forumunun proqramı açıqlanıb.

APA-nın Dünya İqtisadi Forumunun saytına istinadən verdiyi xəbərə görə, toplantıya 40-dan çox dövlət və hökumət başçıları, habelə biznes və ictimai sektordan olan 2500 lider qatılacaq.
 
Dünyadakı mövcud çağırışlar, təhlükəsizlik, iqlim dəyişikliyi, qlobal inkişaf və əmtəə qiymətlərinin yeni normaları gündəlikdə olan mövzular arasında olacaq.

Forumda Böyük Britaniyanın baş naziri Devid Kemeron, Türkiyənin baş naziri Əhməd Davudoğlu, Almaniya prezidenti Yoahim Qauk, Yunanıstanın baş naziri Aleksis Tsipras, İraqın baş naziri Heydər əl Abadi, İsrailin baş naziri Benyamin Netanyahu, Rusiya Federasiyasının baş nazirinin müavini Yuri Trutnev iştirak edəcəklər. ABŞ nümayəndə heyətinə vitse-prezident Cozef Bayden rəhbərlik edəcək.
 
ABŞ dövlət katibi Con Kerrinin də forumda iştirakı gözlənilir. 
 
Forumun çıxışçıları arasında Azərbaycan prezidenti İlham Əliyevin də adı var.

Milli.Az


Tags:  Davos forumunun proqramı açıqlandı


RƏYLƏR


Top news