Lyudmila Kozlova: “Çox ölkələri gəzib görəndən sonra Azərbaycana qayıdıram..”

Lyudmila Kozlova: “Çox ölkələri gəzib görəndən sonra Azərbaycana qayıdıram..”
16:53 13 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 13 yanvar, AZƏRTAC
Rusiya Federasiya Şurasının sosial siyasət komitəsinin sədr müavini Lyudmila Kozlova istirahət etmək üçün çox vaxt Azərbaycana üstünlük verməsinin səbəbləri barədə danışıb.
Yeni şəraitdə Rusiyanın turizm bazarının inkişafı keçən il əsas müzakirə mövzularından biri olub. Çox ehtimal ki, cari ildə daxili turizmə meyl daha da güclənəcək, yeni istiqamətlər, ilk növbədə MDB ölkələrində mövcud imkanlar mənimsəniləcək. Bu baxımdan Rusiyanın son illərdə rekreasiya infrastrukturu yaradılmasına külli məbləğdə sərmayə qoymuş Azərbaycanla əməkdaşlığı ən perspektivli istiqamətlərdən biridir. Müasir Bakını görənlərin hamısı bir səslə deyir ki, bu qədim şəhər çox cəhətdən Avropa paytaxtlarından daha baxımlıdır. Bakının sovet dövrünü xatırlayanlar isə qeyd edirlər ki, şəhərimiz inanılmaz dərəcədə inkişaf edib, qəşəngləşib və eyni zamanda, xüsusən rusiyalılara münasibətdə, qonaqpərvərlik və səmimiyyət keyfiyyətlərini qoruyub saxlayıb.
Belə insanlardan biri də əslən Bakıdan olan Lyudmila Kozlovadır. O, SSRİ dövründəki Azərbaycanı xatırlayaraq deyir ki, bu diyar həmin dövrdə də insanları maqnit kimi özünə cəlb edirdi. Lyudmila Kozlova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Gözəl yerlərdir. Əla iqlim, dəniz, hər zaman, hətta ən çətin vaxtlarda da səmimi qəbul... Başqa yerlərdə belə münasibəti az-az görərsiniz. Buna görə də, əlbəttə, insanlar buraya can atırdı. Bakıda rusdilli əhali həmişə çox olub. Sovet dövründə bu şəhərin özəl xüsusiyyətlərindən biri də bu idi ki, yerli sakinlərdən onların hansı millətə mənsub olduqlarını soruşanda həmişə belə cavab verirdilər: “Mən bakılıyam”. İstər həmin şəxs rus olsun, istər azərbaycanlı, yəhudi yaxud belorus - bunun fərqi yoxdur. Əgər sən burada yaşayırsansa, deməli bakılısan”.
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RAD) direktoru Nataliya Krasovskaya isə öz növbəsində qeyd edir ki, Bakı bu gün də beynəlmiləl şəhər kimi qalıb. Ekspert vurğulayır: “Bütün dinlərə və bütün millətlərə hörmət bu ölkənin dövlət siyasətinin əsasıdır. Burada multikulturalizmin əsasları məktəblərdə tədris edilir. Bundan əlavə, Azərbaycanda rusiyalı qonaqlara xoş münasibət ənənə halı alıb. Məsələn, birinci Avropa Oyunları zamanı Azərbaycana gələn Rusiya vətəndaşlarının hər biri bunun şahidi olub. Yeri gəlmişkən, Bakının və bütövlükdə Azərbaycanın bu qədər dəyişməsi, onun bu dərəcədə gözəl və müasir ölkə olması çoxlarını heyran etmişdi”.
Lyudmila Kozlova RAD Mərkəzinin direktorunun dediklərini tamamilə təsdiqləyir. Federasiya Şurasında peşə fəaliyyəti ilə əlaqədar tez-tez Azərbaycanda olan Lyudmila Kozlova fərəhlə qeyd edir ki, uşaqlıq illərini keçirdiyi Bakı şəhəri inanılmaz dərəcədə yaxşılaşıb. Senatorun fikrincə, bu fakt həm Azərbaycan rəhbərliyinin, həm də ölkənin bütün sakinlərinin Vətənə olan sevgisinə ən yaxşı sübutdur. Xüsusən ona görə ki, paytaxtla yanaşı, ölkənin başqa şəhərləri də günbəgün müasirləşir və gözəlləşir.
Lyudmila Kozlova deyib: “Paytaxt həmişə qəşəng olur, mərkəzə pul xərcləmək adi haldır – bunları başa düşürəm. Amma yaxın vaxtlarda mən Qəbələdə keçirilən iqtisadi forumda oldum. Sovet dövründə bu şəhər demək olar ki, heç nə ilə seçilmirdi. Oranın yaxşı təbiəti vardı – lakin Azərbaycanın hər yerinin təbiəti gözəldir. Qəbələ isə 13 min əhalisi olan kənddən sözün hərfi mənasında mikropaytaxta çevrilib. Orada gözəl aeroport var, sakinlərin evləri göz oxşayır. Bilirsiniz, vaxtilə Motsartın vətəni– balaca, yığcam, demək olar ki, nağıllar aləmini xatırladan Zalsburq şəhəri məni məftun etmişdi. Qəbələ də məni eyni dərəcədə heyran etdi. Adətən biz hər şeyi Avropa ilə müqayisə edirik. Bu baxımdan deyə bilərəm ki, indi Qəbələ Avropadan da yuxarı səviyyədədir. Bütün bunlardan əlavə, dünyadakı 11 iqlim zonasından 9-u Azərbaycanda mövcuddur. Mən Qəbələni tanımadım”.
Lyudmila Kozlova həmişə vurğulayır ki, onun iki Vətəni var: biri doğulub boya-başa çatdığı Azərbaycan, biri də ailə qurduğu, bütün həyatını bağladığı həkim ixtisasına yiyələndiyi Rusiya. Senatorun fikrincə, Rusiya-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsi hələ SSRİ dövründə yaranmış və xoşbəxtlikdən, müasir dövrdə nəinki qırılmamış, hətta ilbəil daha da möhkəmlənən əlaqələrlə müəyyən edilir. Lyudmila Kozlova əmindir: “SSRİ-nin dağılmasına görə kədərlənməyə dəyməz – bu, artıq baş verib. Lakin o dövrdən bizə miras qalan yaxşı cəhətləri, xalqlarımız arasında əlaqələri qoruyub saxlamaq lazımdır”. Senatorun bu məsələyə şəxsi münasibətinə gəldikdə isə, onun sözlərinə görə Azərbaycan tez-tez onu cəlb etməsi təkcə işi ilə bağlı deyil: “Doğulub boya-başa çatdığım Bakıda evim yoxdur, orada qohumlarım demək olar ki yoxdur, amma o dövrün mühiti, o illər barədə xatirələrim məni cəzb edir. Çox ölkələri gəzib görmüşəm, amma istirahət etmək üçün yenə buraya, doğulduğum yerə qayıdıram”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İndoneziyada güclü zəlzələ

23 İyul 2017 18:53

Ağdamın icra başçısı: "Ermənistan ordusu hər gün rayonun işğal altında olan ərazilərinə od vurur"

23 İyul 2017 18:52

Dünyanın ən sakitləşdirici musiqisi: Weightless

23 İyul 2017 18:52

Belə də olur: Nənə öz nəvəsini dünyaya gətirdi - FOTO

23 İyul 2017 18:47

Çində tikinti kranı aşıb -

23 İyul 2017 18:42

Bakıda marşrut avtobusu qəza törədib: xəsarət alan var

23 İyul 2017 18:39

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

23 İyul 2017 18:37

Dəniz Sekidən 3 il sonra bir ilk - FOTO

23 İyul 2017 18:32

Tarixi binada yoqa studiyası - FOTO

23 İyul 2017 18:32

"Qarabağ"ın ilk fan-şopu açıldı

23 İyul 2017 18:28

Kənan istirahətinə mane oldu - FOTO

23 İyul 2017 18:27

"Qarabağ" Şəhidlər Xiyabanında - FOTOLAR

23 İyul 2017 18:27

Dənizdə batan 2 nəfər xilas edilib -

23 İyul 2017 18:21

Audi-nin idman modelləri daha güclü oldu - FOTO

23 İyul 2017 18:17

Bu klub 3 gündə 22 transfer etdi

23 İyul 2017 18:07

Hər mövsüm üçün ev - FOTO

23 İyul 2017 18:05

"SS Minden" gəmisində 4 ton qızıl tapıblar

23 İyul 2017 18:05

Bakıda maşınla italiyalı qadını vurub qaçdılar

23 İyul 2017 18:04

“YARAT Freestyle” proqramı çərçivəsində yoqa festivalı keçirilib

23 İyul 2017 17:57

Qızıl külçələr verən bankomatlar – FOTOLAR

23 İyul 2017 17:53

Türkiyə Silahlı Qüvvələrinin heyəti 40 faiz azalıb -

23 İyul 2017 17:53

Bakıda mənzildə yanğın olub

23 İyul 2017 17:52

Ağcaqanad dişlədiyi yerə limon sürtsəniz... - TƏBİİ ÜSULLAR

23 İyul 2017 17:47

Bu uşaq ana bətnində əməliyyat olunub

23 İyul 2017 17:43

Kikboksçumuz Britaniyada Azərbaycan bayrağını dalğalandırdı - VİDEO

23 İyul 2017 17:39

"Qarabağ"dan açıqlama: “Transfer işləri yekunlaşmayıb”

23 İyul 2017 17:37

Rəssamlar dueti - FOTO

23 İyul 2017 17:32

Pentaqon Türkiyənin Rusiyadan S-400 almaq niyyətindən narahatdır

23 İyul 2017 17:31

İnsanlar məhv olandan sonra dünya bu cür olacaq - FOTO

23 İyul 2017 17:22

200 il əvvəl ölən, amma hələ də YAŞAYAN RAHİB

23 İyul 2017 17:22

Mercedes ilk pikapını təqdim edib - FOTO

23 İyul 2017 17:17

Binanın damında işləyən MİS işçiləri “tol”u qadının başına atdı

23 İyul 2017 17:14

Üzünüzdəki “ölüm üçbucağı” - Kimlər təhlükədədir?

23 İyul 2017 17:12

Bu idman növünün adı dəyişdirildi

23 İyul 2017 17:12

"Qəbələ"nin oyunu ispanlara tapşırıldı

23 İyul 2017 17:07

“Xomeyninin əmri ilə edamları həyata keçirənlərə medal verilməlidir” - Axund

23 İyul 2017 17:05

Güneydə növbəti etiraz dalğası

23 İyul 2017 17:05

İncəsənət əsərlərinin bəzədiyi mənzil - FOTO

23 İyul 2017 17:05

Konsertdə facivə: 90 nəfər xəstəxanalıq oldu

23 İyul 2017 17:05

Uşağına bu adı verənə 10 min dollar mükafat

23 İyul 2017 17:05

Yetim Eyvaz dünyasını dəyişdi -

23 İyul 2017 17:02

“Qəbələ”nin oyununda ispaniyalı hakimlər

23 İyul 2017 16:57

“Başqa transfer olacağını düşünmürəm” – Tahir Gözəl

23 İyul 2017 16:57

Dani Kintana “Şerif”lə matçdan danışdı: İnandırıcı görünmür

23 İyul 2017 16:57

Azərbaycan atıcısı Ruslan Lunyov Avropa çempionatında mübarizəyə qoşulub

23 İyul 2017 16:57

Batmış gəmidən 4 ton qızıl tapdılar

23 İyul 2017 16:54

"Onları qıcıqlandırdım" - Günaydan həmkarlarına

23 İyul 2017 16:52

50 yaşlı kişilərin qorxduğu hal: kişilik bitirmi?

23 İyul 2017 16:47

Texasda yük maşının qoşqusunda 8 miqrantın cəsədi tapıldı - FOTO

23 İyul 2017 16:42

"Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq cəhdlərinin əbəs olduğunu göstərdi" - Rasim Musabəyov

23 İyul 2017 16:42