Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rabitə nazirliyində dəyişiklik

Rabitə nazirliyində dəyişiklik

Date: 13 January 2016 16:56

Son zamanlar işdən çıxarılmalar ilə gündəmə gələn Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) vəzifə dəyişikliyi olub.

Bu barədə ANS PRESS-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib. Onun sözlərinə görə, nazirliyin hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Nəriman oğlu Məmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlar doğru deyil:

"Nazirlikdə struktur islahatları aparılıb və bu islahatlar çərçivəsində Bəxtiyar Məmmədov hüquq şöbəsinin baş məsləhətçisi təyin edilib. Hansısa işdən çıxarılma baş verməyib. Sadəcə vəzifə dəyişikliyi baş tutub".

Bəxtiyar Məmmədov bundan öncə nazirliyin hüquq və insan resursları şöbəsinin müdiri vəzifəsinə çalışıb. Bu posta o 2005-ci ildə təyin edilib.

Bu şöbə nazirliyin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, təşkilati-sərəncamverici və digər hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir.


Bəxtiyar Məmmədov- Hüquq şöbəsinin baş məsləhətçisi


Nazirlikdə yanvar ayının 11-də kadr dəyişikliyi də baş verib.

RYTN-in Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov və onun müavini Nazim Mədətov tutduqları vəzifədən azad ediliblər.

Onların yerinə artıq təyinat da olub. Belə ki, Məlumat Hesablama Mərkəzinin direktor müavini vəzifəsinə Elnar Əsədov təyin edilib: "E. Əsədov hazırda müvəqqəti olaraq direktor vəzifəsini də icra edir.


Nail Mərdanov - Məlumat Hesablama Mərkəzinin sabiq direktoru

"Prezident İlham Əliyev noyabr ayının 12-də rabitə və yüksək texnalogiyalar naziri Əli Abbasovun vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Vəzifəsindən azad edilən Əli Abbasovdan sonra bu vəzifə sabiq nazirin birinci müavini İltimas Məmmədova həvalə edilib".

Noyabr ayının 25-də isə ölkə başçısının sərəncamı ilə nazirin birinci müavini vəzifəsinə Ramin Quluzadə təyin olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə birinci müavin vəzifəsinə təyin edilən Ramin Quluzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə Heydər Əliyev Fondunda çalışıb.


Ramin Quluzadə - RYTN-in birinci müavini

Tags:  Rabitə nazirliyində dəyişiklik


RƏYLƏR


Top news